TƏBİB-in başlatdığı "Uşaq sağlamlığı günləri" layihəsi çərçivəsində bölgələrdə tibbi maarifləndirilmə tədbirləri keçirilib  
03.06.2024 14:29

TƏBİB-in “İxtisas ayları” proqramına uyğun olaraq, bölgələrdə "Uşaq sağlamlığı günləri" keçirilib. Layihə çərçivəsində Yevlax rayonunda Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan tibb müəssisələrinin həkim-mütəxəssisləri üçün pediatrik xəstəliklər barədə seminar və əhalinin tibbi maarifləndirilməsi tədbirləri təşkil olunub.

 

Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Seminarın açılışında çıxış edən Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov bölgələrdə bu kimi layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. TƏBİB-in Layihələrin idarəolunması şöbəsinin müdiri Fəqan Həsənzadə isə “İxtisas ayları” proqramı barədə geniş məlumat verib. Bildirib ki, proqram çərçivəsində hər ay müxtəlif tibbi ixtisaslara dair layihələrin həyata keçirilməsi nəzərdə tutulur, onların da böyük əksəriyyətinin regionlarda icra olunması planlaşdırılır.

 

Tədbir paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərin çıxışları ilə davam edib. Respublika Pediatriya Mərkəzinin həkim-pediatrı Lalə Nurməmmədova “Təcili tibbi yardıma müraciət edən kritik xəstələrə yanaşma”, Yeni Klinikanın həkim-pediatrı Elnarə Cəbiyeva “Uşaqlarda qaraciyər funksional testlərinin dəyərləndirilməsi”, Yeni Klinikanın həkim-pediatrı Aytən Novruzova “Uşaqlarda kəskin tənəffüs çatışmazlığı və müalicəsi”, Respublika Pediatriya Mərkəzinin həkim-nevroloqu Aynur Allahverdiyeva “Epileptik status”, Respublika Pediatriya Mərkəzinin həkim-pediatrı Könül Tahirova “Uşaqlarda kistoz fibroz xəstəliyi” mövzularında çıxış edərək bu istiqamətdə bilik və bacarıqlarını auditoriya ilə paylaşıblar. Seminarda səsləndirilən müxtəlif mövzulu məruzələrdən 200-dən çox həkim-mütəxəssis faydalanıb.

 

Sonda layihədə iştirak edən həkim-mütəxəssislər TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamələr ilə təltif edilib.

 

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsi əhali arasında maarifləndirmə tədbiri ilə davam edib. Tədbirdə Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova açılış nitqi ilə çıxış edib. O, Yevlax rayonunda səhiyyə sahəsində görülmüş işlər, COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə rayonda fəaliyyət göstərən tibb işçilərinin yüksək peşəkarlığı və gələcəkdə region səhiyyəsi üçün görüləcək işlər barədə məlumat verib.

 

Bəşir Səfəroğlu adına Yevlax rayon teatrında keçirilən tədbirdə həkim-mütəxəssislər tərəfindən pediatrik xəstəliklər barədə doğru bilinən yanlışlar, uşaq xəstəliklərinin gələcəkdə yarada biləcəyi fəsadlar, onun erkən aşkarlanması yolları və profilaktikası kimi mövzularda vətəndaşlara maarifləndirici məlumatlar təqdim edilib. 100-dən çox vətəndaşın iştirak etdiyi və interaktiv formatda keçirilən tədbirdə mövzu ətrafında onları maraqlandıran suallar cavablandırılıb, zəruri tövsiyələr verilib.

 

Qeyd edək ki, “İxtisas ayları” proqramı çərçivəsində növbəti aylarda da regionlarda müxtəlif tibbi mövzuları əhatə edən layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır