Füzulidə Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi oftalmoloji səyyar müayinələr təşkil edib
19.04.2024 14:24

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.


Aztibb.az xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir görkəmli alim oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub. Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Füzuli şəhərində ikigünlük oftalmoloji tibbi müayinələr keçirilib.

İkigünlük səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tibbi aksiyanın ilk günündə 100-dən artıq sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda refraksiya patologiyası, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və digər xəstəliklər aşkar olunub.

Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Eyni zamanda, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-dən artıq vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

Aksiya zamanı bildirilib ki, vaxtında müayinə və müalicə etməklə, görmə qabiliyyətinin zəifləmə hallarının 80 faizinin qarşısını almaq mümkündür. Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasız oftalmoloji xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır