ATU-nun professor-müəllim heyətinin nəzərinə!  
03.04.2024 11:44

Erasmus KA171 proqramı çərçivəsində Litva Sağlamlıq Elmləri Universiteti 27-31 may 2024-cü il tarixlərində keçiriləcək Beynəlxalq Həftəyə (Erasmus Staff Week) çağıırış elan edir.

 

Aztibb.az-ın xəbərinə görə, tədbir ərzində Tibb, Odontologiya, Əczaçılıq, Həyat tərzi təbabəti, İctimai Səhiyyənin idarəedilməsi, Psixologiya, Tibb bacılığı, Peşə terapiyası, Fizioterapiya sahələrində mühazirələrin oxunması tələb olunur.

 

Mübadilə proqramına qoşulmaq üçün şərtlər və tələb olunan sənədlər:
1. Azərbaycan Tibb Universitetinin müəllimi olmaq;
2. Rektorun adına ərizə (Dekanın razılıq imzası ilə);
3. Minimum B2 səviyyəsində Beynəlxalq İngilis dili sertifikatı (B2 İngilis dili səviyyəsi TOEFL-də ümumi 72 bala və ya IELTS-də ümumi 6 bala bərabərdir) ;
4. CV (İngilis dilində);

Müraciət etmiş namizədlər arasından 1 əsas və 1 ehtiyat müəllim seçiləcəkdir.


Yuxarıdakı şərtlərə uyğun namizədlər sənədləri mövzu (title) yerində "Erasmus - LSEU" yazaraq 20.04.2024-cü il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin international@amu.edu.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.


Bütün sənədlərin pdf formatında 1 faylda  göndərilməsi xahiş olunur.

 

Qeyd: 20.04.2024-cü il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub