Azərbaycan Tibb Universitetində rezidentlərin və magistrantların elmi-praktik konfransı keçiriləcək  
02.04.2024 10:26

Aprelin 25-də Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin və magistrantların elmi-praktik konfransı keçiriləcək.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, konfrans Azərbaycan Tibb Universitetinin əsas binasında və klinikalarında baş tutacaq.

 

Tədbirdə təbabətin aktual problemlərinə dair məruzələr dinləniləcək.

 

Konfransın təşkilat komitəsi ölkə rezidentlərini və ATU-nun magistrantlarını konfransda iştirak etməyə dəvət edir.

Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.

 

Məruzə mövzularınızı 15.04.2024, tezislərinizi 20.04.2024 tarixədək ATU-nun rezidentura və magistratura şöbəsinə təqdim etməyiniz xahiş olunur.

 

Təqdim edəcəyiniz elmi işlər aşağıdakı formatda olmalıdır:

- Tezislər Azərbaycan, rus və ya ingilis dillərində yazılmalıdır;

- Tezislər 2 səhifədən çox olmamaq şərtilə (format A4), Arial  şrifti ilə, şriftin ölçüsü 12, sətirlər arasındakı məsafə 1,15 olmaqla yazılmalıdır;

- İşlər orijinal xarakterdə olmalı, ardıcıl olaraq aktuallıq, tədqiqatın  məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır;

- Əvvəlcə baş hərflərlə tezisin adı verilməli, sonralı sətirdə müəllifin və elmi rəhbərin adı və soyadı tam şəkildə yazılmalıdır. Daha sonra müəllifin çalışdığı müəssisə, kafedra və ya şöbənin adı tam şəkildə qeyd olunmalıdır;

- Hər elmi işdə müəlliflərin sayı 3-dən çox olmamalıdır;

- Tezisdə kafedra müdirinin, şöbə müdirinin və ya kuratorun çap edilməyə dair dərkənarı vacibdir.

Tezislərin çap və elektron variantları 20.04.2024 tarixədək ATU-nun rezidentura və magistratura şöbəsinə təqdim olunmalıdır (Çap və CD şəklində).

 

Ətraflı məlumat üçün ATU-nun Rezidentura və magistratura şöbəsi ilə əlaqə saxlaya bilərsiniz: (+994 12) 597 44 83

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub