Qohum nikahları genetik xəstəliklərə səbəb olur  
18.03.2024 15:53
Qohum nikahları qan qohumluğu olan şəxslərə aiddir. Tibbi nöqteyi-nəzərdən qohum nikahları uşaqların genetik xəstəliklərlə doğulması riskini artırır, qadınların fiziki və bioloji sağlamlığına ciddi təhdid yaradır.
 
4 nömrəli Qadın Məsləhətxanasının həkim mama-ginekoloqu Xanım Məhərrəmova Aztibb.az-a bildirib ki, qohum nikahları zamanı talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq-hərəki sistemin qüsurları, inkişafdan qalan hamiləlik, ürək qüsurları olan uşaqların doğulması və nəticədə uşaq ölümləri, bir yaşa qədər körpələrin qəfil ölümü və s. kimi xəstəliklər meydana çıxır.
 
Onun sözlərinə görə, qan qohumluğu evliliklərində daha çox rast gəlinən xəstəliklər bölgə və regionlara görə dəyişir:
“Bizim coğrafiyamızda daha çox rast gəlinən xəstəliklər sırasında talassemiyanı xüsusi qeyd edə bilərik. Ümumiyyətlə, qohum evlilikləri nəticəsində irsi və genetik xəstəliklərin yaranma riski çox böyükdür. Şəkərli diabet, arterial hipertenziya, şiş xəstəlikləri, həmçinin onkoloji xəstəliklərə meyllilik irsi xəstəliklər sayılır və daha çox yayılan növlərdir. Genetik xəstəliklər isə genin mutasiyaya uğrayan forması ilə meydana çıxan xəstəliklərdir. Ana və ata geni ilə keçən xəstəliklər də müxtəlifdir. Hemofiliya, alkoqolizm kimi xəstəliklər ana geni ilə, şizofreniya, mərkəzi sinir sistemi xəstəlikləri isə ata geni ilə körpəyə ötürülür. Ailənin və doğulacaq körpələrin sağlam olması üçün vətəndaşlara tövsiyə edirik ki, qohum nikahlarından uzaq olsunlar”.
 
Həkim mama-ginekoloqun fikrincə, qan qohumluğu olan nikahlar nəticəsində şizofreniya, ürək qüsurları, əqli zəiflik, albinizm, fiziki qüsurlu körpələrin dünyaya gəlməsi müşahidə olunur. Əgər ata və ana eyni xəstə qanın daşıyıcısıdırsa, genetika qanununa əsasən, fəsadların və xəstəliklərin yaranma riski daha da yüksəkdir. Bu zaman talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq-hərəkət sisteminin qüsurları yaranır. Bəzən olur ki, ailələr eyni nəsildən qohum evliliyi həyata keçirirlər. Nəticədə, daha çox qan qohumları ilə ailə quran qadınların orqanizmində ciddi problemlər əmələ gəlir. Bununla yanaşı, körpənin xəstə doğulma ehtimalı da yüksək olur.
 
X.Məhərrəmova vurğulayır ki, qohum evlilikləri, əsasən, qadına psixo-emosional, mənəvi və tibbi baxımdan zərbə vurur:
 
“Şübhələr, gözləntilər, hər dəfə həkimə müraciət zamanı neqativ xəbər gözləntisi qadının mərkəzi sinir sistemini zədələyən amillərdən sayılır. Əsasən, inkişafdan qalmış hamiləlik, düşüklər, ölü döllə və ya xəstə uşağın doğulduqdan sonra tələf olması ilə nəticələnən hamiləliklər olduqda, bu zaman cütlüklərdə və ələlxüsus da qadında ciddi sarsıntılar, psixi pozuntular və orqanizmdə sonrakı dövrlərdə meydana çıxacaq xəstəliklər yaranır”.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır