Səhiyyə Nazirliyi Laçın şəhərində maarifləndirici aksiya və konsultasiyalar təşkil edib
02.03.2024 10:31

"İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının ən vacib prioritetləri sırasındadır. Proqram çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbirləri davam etdirir.

 

Nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) martın 1-də Laçın şəhərində yeniyetmə dövründə olan qızlar arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirici aksiya və konsultasiyalar təşkil edib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, tədbirdə ETMGİ-nin həkim mama-ginekoloqları tematik təqdimatlarla çıxış ediblər.

 

İnstitutun həkimləri tərəfindən yeniyetmə dövründə orqanizmdə bir sıra dəyişikliklərin baş verdiyi haqqında məlumat verilib. Bundan əlavə, uşaq planlaşdırarkən, antenatal klinikada müntəzəm müayinələrdən keçməyin vacibliyi vurğulanıb. Həmçinin, şəxsi gigiyena qaydaları ilə bağlı konsultasiyalar verilib.

 

Maarifləndirici tədbir və aksiyada 100-ə yaxın qız və onların valideynləri iştirak ediblər.
Sonda tədbirin fəal iştirakçılarına hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır