Bu gün qədim Xocalı torpağında Azərbaycanın üçrəngli bayrağı dalğalanır
26.02.2024 14:43
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Əməkdar həkim, tibb elmləri doktoru Rəşad Mahmudov feysbuk səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
 
Aztibb.az həmin paylaşımı sizə təqdim edir:
 
"İnsanlığa qarşı ən dəhşətli terror aktı olan Xocalı qətliamı haqqında bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvəla onu deyim ki, Xocalı qətliamı sıradan bir hadisə deyil. Çünki Xocalıda baş verənlər bir daha onu sübut etdi ki, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, dünyada mövcud olan heç bir xalq son yarım əsrdə belə ağır faciə yaşamayıb.
 
Xocalı faciəsi müharibə cinayəti, insanlığa qarşı ən dəhşətli terror aktıdır. Bu qanlı olayı törətməklə, Ermənistan dövlət, millət kimi bir daha öz vəhşi simasını dünyaya nümayiş etdirdi.
 
Azərbaycan türklərinə qarşı kütləvi soyqırımı cinayəti törətməklə, əslində, bir millətin genefondunu Yer üzündən silmək kimi eybəcər xislətini ortaya qoyan Ermənistan beynəlxalq hüququn normalarını ayaqlar altına ataraq dünya ictimaiyyətinin gözü qarşısında bu tarixi faciəni həyata keçirdi. Dünya isə bu qanlı hadisəyə səssiz qaldı. Bütövlükdə, Qarabağın işğal olunmasına səssiz yanaşdığı kimi…
 
Ən dəhşətlisi o idi ki, erməni siyasi və ictimai elitasının nümayəndələri, fikir adamları, özlərini ziyalı kimi dünyaya sırıyanlar silaha sarılaraq Xocalıda döyüşçü kimi fəal iştirak etmişlər. Həmin qanlı hadisə onun təsdiqi oldu ki, ziyalısı Xocalıda əli uşaq qatili kimi qana batan Zori Balayandırsa, görün bu millətin sadə vətəndaşı necə qəddardır? Terror, digər xalqlara nifrət, monoetik siyasət bu ölkənin dövlət siyasətidir.
 
Ermənistanın hərbi-siyasi rəhbərliyi Xocalıda uşaq, qadın, qoca, ahıl demədən insanlığa silah çevirməklə, tarixdə hətta faşistlərin belə əl atmadıqları qəddarlıqlar törədiblər.
 
İkinci Qarabağ müharibəsində milliyyətcə erməni olan həyat yoladaşını itirən rus qadının etirafları olduqca türkürpədici idi. Qadın göz yaşları içində bildirirdi ki, Xocalıda bəşəriyyət əleyhinə cinayətdə iştirak edən qayınatası nümayişkəranə şəkildə tez-tez etiraf edirdi ki, həmin o dəhşətli gecədə döyüşçü kimi azərbaycanlı hamilə qadını süngü ilə öldürərək bətnindəki körpəsini qarnından çıxararaq tikələrə bölmüş, anasının ölmüş cəsədini təhqir etmişdir. Qadının bildirdiyinə görə insan övladı bu cinayəti törədə bilməzdi. Bu, vəhşilikdir!
 
Qanlı statistikaya nəzər yetirdikdə məlum olur ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib,
8 ailənin bütün üzvləri öldürülüb. 1275 sakin əsir götürülüb ki, bugünümüzə qədər onlardan 150 nəfərinin taleyi məlum deyil.
Şübhəsiz ki, o zaman müstəqil Azərbaycanın rəhbərliyində təmsil olunanlar bu faciənin qarşısını ala bilmədilər. Onların səriştəsizliyi, fəaliyyətsizliyi nasist xislətli düşmənə meydan verdi. Ən azından Xocalı sakinləri qətliamdan əvvəl təxliyə oluna bilərdilər.
 
Birmənalı şəkildə ortada olan həqiqət onu göstərir ki, xalqımızın əziz övladı Heydər Əliyev ölkənin rəhbərliyində təmsil olunsaydı, xocalıların özlərinin də etirafı kimi xalqımız bu faciəni yaşamayacaqdı.
Bir qərinəyə yaxın tarixi torpaqlarımızı işğal altında saxlayan Ermənistan utanmadan növbəti ərazi iddiaları, növbəti kütləvi qətllərlə ölkəmizi hədələməkdən belə çəkinmədi.
 
Ölkə rəhbərliyi tərəfindən bildirilirdi ki, müharibə başlanacağı təqdirdə Azərbaycan Xocalı kimi yeni faciələr yaşayacaq, ötən əsrin sonlarında olduğu kimi məğlubuyyətlərə düçar olacaq.
 
Ermənistanın növbəti cəhbə təxribatı müharibə ilə nəticələndi.
 
Prezident İlham Əliyevin komandanlığı ilə 44 gün ərzində mifləşdirilən erməni ordusu darmadağın olundu. Məsuliyyətsiz bəyanatları ilə gündəm yaratmaq istəyənlər qalib, qüdrətli ordumuzun qarşısında tab gətirməyərək fərari kimi meydandan qaçdılar. Şuşanın müdafəsini öhdəsinə götürmüş işğalçı ordunun generalı Ohanyanın savaş meydanından yoxa çıxması fikrimizin təsdiqidir və qala şəhərimizdən rüsvayçılıqla, hərbi mündirinə hörmət qoymadan tabeleyində olan əsgərləri başsız, köməgsiz qoyub İrəvənda görünməsi dünya hərb tarixi üçün utanc, gülünc hadisəyə çevrildi.
 
Cəbhəboyu bütün istiqamətdə qarşısıalınmaz sürətlə irəliləyən ordumuz köcəryanlardan, sarkisyanlardan, bir sözlə, qəsbkar erməni ordusundan fərqli olaraq mülki şəxsləri hədəf götürmədi, müharibə cinayətləri törətmədi. Çünki bu ordunun komandanı İlham Əliyev bütün fəaliyyəti dönəmində insanlığın keşiyində ləyaqətlə dayanıb və siyasi, hərbi lider kimi dünya üçün nümünə, bəşəriyyət üçün faydalı siyasət yürüdüb. Məhz onun komandanı olduğu şərəfli ordumuz Qarabağ savaşında qəhrəmanlığını sübut etməklə yanaşı, xalqımızın tarixi, nəcib ənənəsini nümayiş etdirərək dinc əhaliyə silah qaldırmadı, əksinə, hərbi əsirlərlə belə humanistcəsinə davrandı.
2023-cü ilin payızında ərazi bütövlüyümüzün tam bərpası ilə keçirilən antiterror tədbirləri ilə qalib Azərbaycan Ordusu Xankəndini, ətraf əraziləri və eləcə də könlümüzün sınıq yeri Xocalı şəhərini düşməndən azad etməklə yaramıza məlhəm oldu, əyilmiş qamətimiz düzəldi, illərlə gözümüzdən axan qanlar sevinc yaşlarıyla əvəzləndi. Doğma ocağımıza soxularaq yaşayanlar hesab edirdilər ki, antiterror tədbirləri zamanı ordumuz 1992-ci il fevralın 26-da Xocalı qətliamına adekvat cavab verəcəklər. Amma unutmuşdular ki, tarixin bütün zamanlarında şərəf, ləyaqət Azərbaycan və azərbaycanlılarının prinsipi, həyat kredosu olub və bu ali xalqın komandanı, ordusu nə hərbi, nə mülki cinayət törədə bilməz, əksinə, hər şeyə rəğmən insanlğın keşiyində dayanacaq. Baş kəsmək, günahsız insanları qətlə yetirmək, terror aktları xalqımızın ruhuna yaddır, bu, iyrənc siyasət Ermənistanın dövlət ideologiyasıdır ki, bunu da Xocalıda həyata keçirdilər.
 
Bu gün bəşəri cinayətin qurbanları, qan qardaşlarımız Xocalı şəhidlərinin ruhu şaddır. Bu qədim torpağımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Dalğalandıqca, bizə birliyimizin, bütövlüyümüzün, böyüklüyümüzün, azadlığımızın qürurunu, sevincini yaşadır. Tezliklə Xocalı sakinləri doğma torpaqlarına qayıdacaq və onlar buranı heç vaxt tərk etməyəcəklər!
 
Təşəkkürlər, Ali Baş Komandan, təşəkkürlər, qalib Ordumuz!
 
Vətən və hər birimiz sizinlə sevinir!"
 
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub