Pediatr: "Dispepsiyanın sadə növünə əsasən südəmər uşaqlarda rast gəlinir"
14.02.2024 12:08
Dispepsiya həzm pozğunluğu deməkdir. Uşaqlarda kəskin həzm pozğunluqları mənşəyinə görə 3 qrupa bölünür: funksional, orqanik və infeksion. Dispepsiyanın sadə, toksik və parenteral növləri var. Dispepsiyanın sadə növünə əsasən südəmər uşaqlarda rast gəlinir, qidanın həcmi və tərkibinin uşağın fizioloji imkanlarına uyğun gəlməməsi nəticəsində baş verir.
 
Bu barədə Aztibb.az-a məlumat verən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Kəmalə İsmayılova bildirib ki, həddən artıq qidalanma və ya qidanın yaşa uyğun olmaması nəticəsində mədə şirəsi ifrazı və onun fermentativ təsiri azalır. Nəticədə mədədə yaxşı həzm olunmamış qida nazik bağırsağa düşür.
 
Onun sözlərinə görə, bağırsaq florası, əsasən də patogen bağırsaq çöpləri sürətlə artır və nazik bağırsağın yuxarı hissəsinə keçir. Burada bakteriyaların təsiri ilə qida qıcqırması nəticəsində zəhərli maddələr əmələ gəlir. Parçalanma məhsullarının təsiri ilə bağırsaq və mədənin selikli qişasının reseptorlarının qıcıqlanması qoruyucu refleksin əmələ gəlməsinə səbəb olur, nəticədə qusma, ishal halı müşahidə olunur.
 
Pediatr qeyd edib ki, toksiki dispepsiyadan əziyyət çəkən uşaqlar stasionar şəraitdə müalicə olunurlar. Mədə və bağırsaq yuyulur, uşağın qidalanması kəsilir və su-duz pəhrizi təyin edilir. Bu zaman uşaq gündə lazımi miqdarda maye qəbul etməlidir.
 
"Parenteral dispepsiya mədə-bağırsaq traktının xəstəliklərinə aiddir və sadə dispepsiya ilə eyni şəkildə baş verir. Müalicə əsas xəstəliyin aradan qaldırılmasına yönəldilmişdir. Bu vəziyyətdə yaşa uyğun qidaya keçmək lazımdır.
Sözügedən xəstəlikdən əziyyət çəkənlərə, xüsusən də uşaqlara ciddi şəkildə qulluq olunmalı və ağırlaşmaların qarşısını almaq üçün mütləq həkim nəzarəti ilə müalicəyə cəlb edilməlidirlər", - deyə Kəmalə İsmayılova əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır