İranda özəl xəstəxanada yanğın baş verib
26.01.2024 12:05

İranın paytaxtı Tehranda özəl xəstəxanada səbəbi hələlik müəyyən edilməyən güclü yanğın baş verib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, İran dövlət televiziyasına danışan Tehran Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Xidmətinin sözçüsü Celal Meleki şəhərin şərqindəki Qandi xəstəxanasında baş verən yanğında ölən və ya yaralanan barədə məlumatın olmadığını bildirib. 

 

Yanğınsöndürmə briqadalarının yanğına müdaxilə etdiyini deyən Meleki, söndürmə işləri tamamlandıqdan sonra hadisənin təfərrüatlarının açıqlanacağını qeyd edib.

 

Tehran Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd İsmayıl Təvəkkuli də əyalət üzrə bütün təcili yardım qruplarının hazır vəziyyətə gətirildiyini bildirib.

 

Özəl Qandi Xəstəxanasının baş həkiminin verdiyi açıqlamada, yanğınla əlaqədar xəstəxananın boşaldılmasına başlanıldığı və xəstələrin başqa xəstəxanalara köçürüləcəyi qeyd olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır