Qazax Rayon Mərkəzi Xəstəxanasında lazerlə varikoz əməliyyatı icra olunub
26.01.2024 08:46
Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah Babək Abbasəliyev tərəfindən lazerlə varikoz əməliyyatı icra olunub.
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, əməliyyat 64 yaşlı Qazax Rayonu Çaylı kənd sakini Şarvan Aslanova üzərində həyata keçib.
 
Lazerlə varikoz əməliyyatı EVLA (Endovenoz Lazer Ablasiya) - damar genişlənməsinin təhlükəsiz, az travmatik və müasir müalicə üsuludur. Bu zaman heç bir kəsik aparılmadan kiçik bir dəlikdən venaya lazerlə təsir göstərilir. Lazerin istilik enerjisi genişlənmiş damar divarlarının bir-birinə yapışmasını təmin edir. Nəticədə varikoz vena asanlıqla aradan qalxır.
 
Əməliyyatın USM (Doppler) nəzarəti ilə icrası onun dəqiqliyini daha da yüksəldir. Əməliyyatın üstünlüklərindən biri də pasiyentin stasionar yatışına ehtiyac olmamasıdır.
 
Qeyd edək ki, lazerlə varikoz əməliyyatı icbari tibbi sığorta ilə ödənişsiz həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır