“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” kitabı çapdan çıxıb
12.01.2024 16:12

AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabı çap edilib. Kitab “Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri” adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gəlib.

 

Bu məlumat Aztibb.az-a AMEA-dan verilib.

 

Kitabda Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşında qalan 150-dən çox bitki və bitki yığımlarının müalicəvi təsirləri, onların istifadə üsulları haqqında etnobotaniki sorğular nəticəsində toplanmış məlumatlar və bitkilərin şəkilləri əks olunub.

 

Kitabın elmi redaktorları AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və BDU-nun Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri isə Botanika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, professor Şakir Qasımov, İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin “Patoloji proseslərin modelləşdirməsi və eksperimental terapiyası” şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Fikriyə İbrahimova və Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Cavanşir İsayevdir.

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, xalqımızın və rəşadətli ordumuzun sayəsində 30 il el-obasından ayrı düşmüş soydaşlarımız artıq doğma yurdlarına qayıdırlar. Bu tarixi hadisəyə töhfə olaraq hazırlanan əsərdə əsas məqsəd “Böyük Qayıdış” icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onların istifadə yollarını öyrətməkdir.

 

Kitab əhəmiyyətli mənbə kimi öz doğma el-obalarına qayıtmış icmalara təqdim olunacaqdır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib