Bitkilərdə fotosintez prosesinin biofizikası, fiziologiyası və biokimyası üzrə aparıcı mütəxəssis olan İsmayıl Zülfüqarov vəfat edib
10.01.2024 12:43

Biologiya sahəsində tanınmış alim Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreyanın Pusan Milli Universitetinin 17 il tədqiqatçı-professoru olmuş, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov ömrünün 65-ci ilində haqq dünyasına qovuşub.

 

AMEA-dan Aztibb.az-a verilən məlumata görə, İsmayıl Zülfüqarov 16 yanvar 1959-cu il tarixində İsmayıllı rayonunun Talıstan kəndində ziyalı ailəsində anadan olub. O, 1965-1975-ci illərdə Talıstan kənd orta məktəbində, 1976-1981-ci illərdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutuna göndərilib, burada böyük laborant vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə Tbilisi Dövlət Universitetinin ixtisaslaşdırılmış şurasında Biofizika ixtisası üzrə “Piqment-zülal komplekslərində piqmentlərin nativ formalarının spektral xarakteristikası və oriyentasiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. İsmayıl Zülfüqarov bitkilərdə fotosintez prosesinin biofizikası, fiziologiyası və biokimyası üzrə aparıcı mütəxəssis kimi tanınıb. Ali bitkilərdə xlorofil flüoresensiyasının qeyri-fotokimyəvi sönməsinin mexanizminin aydınlaşdırılması, fotosintetik aparatın ekstremal faktorlara qarşı adaptasiyasının molekulyar əsaslarının öyrənilməsi istiqamətində elmi tədqiqatlar aparıb. 2008-ci ildən 2020-ci ilə qədər Cənubi Koreya Respublikasının Busan Dövlət Universitetində tədqiqatçı-professor kimi fəaliyyət göstərib, Eyni zamanda Rusiya Federasiyasının Yakutsk vilayətində yerləşən Şimal-Şərq Federal Universitetində mühazirələr oxuyub. İsmayıl Zülfüqarov 2016-cı ildən ömrünün sonuna qədər AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasına rəhbərlik edib. O, institutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının Seminar şurasının üzvü kimi fəaliyyət göstərib, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası Azərbaycan Milli Komitəsinin sədr müavini olub.

 

Alim bir neçə beynəlxalq jurnalın redaktorlar şurasının üzvü idi. İ.Zülfüqarov dəfələrlə yerli və xaricdə keçirilmiş elmi konqres, qurultay, konfrans və simposiumlarda elmi məruzələrlə çıxış edib. O, dəfələrlə Avropa Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tədbirlərində Azərbaycanı uğurla təmsil edib.

 

İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 1 fəlsəfə, 2 magistr  dissertasiyası uğurla müdafiə edilib. 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.

 

Tanınmış bioloq-alim İsmayıl Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır