Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu həkim-epidemioloqları işə dəvət edir
09.01.2024 18:18

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) həkim-epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, işə qəbul olmaq istəyən şəxs aşağıdakı tələblərə cavab verməlidir:

 

- Ali təhsilli (sosial gigiyena və səhiyyənin təşkili, gigiyena və epidemiologiya ixtisaslarından hər hansı biri üzrə rezidentura təhsili) olmalıdır;

- Müvafiq sahə üzrə minimum 5 il iş stajına, həmçinin 5 il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik olmalıdır;

- Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik bilikləri olmalıdır;

- Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirləri barədə məlumatlı olmalıdır;

- “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, müxtəlif yoluxucu xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi üzrə qanunvericiliyin əsaslarını, dezinfeksiyanın aparılması və müəssisədaxili intizam qaydalarını, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarını bilməlidir.

 

Həkim-epidemioloq vəzifəsinə yiyələnəcək şəxsin üzərinə düşən vəzifələr aşağıdakılardan ibarətdir: 

 

- Sanitar-epidemioloji iş rejimini təşkil etməli və bu iş rejiminə riayət olunmasına nəzarət etməlidir;

- Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət etməli, bu sahədə səmərəliliyin və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər verməlidir;

- Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasını aparmalıdır. Həmçinin lazım gəldikdə, belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönələn tibbi-profilaktik tədbirlərin, o cümlədən, dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsini təmin etməlidir. Dezinfeksiya işlərini aparan briqadanın işinə, xidmət göstərilən obyektlərin sanitar vəziyyətinə nəzarət etməlidir;

- Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət etməlidir;

- Rəhbərlik tərəfindən müəyyən olunmuş digər vəzifələri yerinə yetirməlidir;

- İş açıq və qapalı ərazilərdə yerinə yetirilməlidir.

 

Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Həkim-epidemioloq” yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.

 
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır