“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” adlı beynəlxalq konfrans keçiriləcək  
02.12.2023 15:24

19-20 dekabr 2023-cü il tarixlərində Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, tədbir Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsi və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Konfransın əsas elmi istiqamətləri:

  1. Biologiya elmində qlobal çağırışlar və gələcək inkişaf perspektivləri;
  2. Genomiks, proteomiks, postgenom texnologiyalar biologiya elminin problemlərinin həllində;
  3. Gen, hüceyrə və zülal mühəndisliyi, transgenez;
  4. Biologiyada rəqəmsal texnologiyalar, maşınöyrənmə üsulları və süni intellekt;
  5. Bioloji müxtəliflik, ərzaq təhlükəsizliyinin təmin olunması, ekosistemlərin dayanıqlığı və ətraf mühitin mühafizəsində biologiya elminin iştirakı;
  6. Populyasiya genom tədqiqatları;
  7. Biorisk və biotəhlükələr, onların qiymətləndirmə, önləndirmə və aradan qaldırılma üsulları, bioloji sistemlərə antropogen təsirlər, özünütəşkil və özünübərpa məsələləri;
  8. Bioetika və sintetik biologiyanın problemləri.

 

Tezislər biol.prob.2023@gmail.com elektron ünvanına göndərilməlidir (tel.: (+994 50) 338 15 71, (+994 12) 463 63 27)

 

Konfransın dili: Azərbaycan və ingilis dilləri

 

Tezisin göndərildiyi məktubun mövzu yerində “H.Ə.-100” sözlərinin yazılması xahiş olunur.

 

Tezislərin göndərilməsi üçün son tarix 15.12.2023-cü ildir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır