Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Regional Travmatoloji Mərkəz yaradılıb
26.11.2023 11:13

Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəz yaradılıb.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

 

Mərkəzin fəaliyyətinin əsas məqsədi regionda yaşayan əhalinin müvafiq profil üzrə ixtisaslı tibbi xidmətə əlçatanlığının təmin edilməsindən ibarətdir.

 

İndiyədək yalnız paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatların sözügedən Mərkəzdə həyata keçirilməsinə başlanılıb. Mərkəzdə endoprotez əməliyyatları da həyata keçiriləcək.


Qeyd edək ki, mərkəz travmatoloji əməliyyat alətləri ilə tam təmin olunub və son 2 gün ərzində 4 mürəkkəb cərrahi əməliyyat icra olunub.

Eyni zamanda, Regional Travmatoloji Mərkəzdə artıq “Bud sümüyünün intramedullyar fiksasiyaedici ştiflə osteosintezi” cərrahi əməliyyatı icra olunub. İcra edilmiş əməliyyat uğurla nəticələnib, pasiyentin vəziyyəti qənaətbəxşdir.


Onu da qeyd edək ki, regionlarda əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır