Şəmkir Rayon Mərkəzi Xəstəxanasında YAP-ın yaradılmasının 31-ci ildönümü qeyd olunub
22.11.2023 13:14
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 31-ci ildönümü münasibəti ilə elmi-praktik konfrans keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev YAP-ın yaradılmasının 31-ci ildönümü ilə əlaqədar geniş məruzə ilə çıxış edərək, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını qeyd edib.
 
F.Vəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası özünün 31 illik fəaliyyəti dövründə çox böyük işlər görüb.
 
Konfransda çıxış edən ərazi partiya təşkilatının sədri Roza Orucova qeyd edib ki, Heydər Əliyevin səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tililməsi idi. Eyni zamanda, müassir səhiyyə müəssisələri müvafiq yüksək səviyəli kadr potensialının olmasını da tələb edirdi. “Bu gün Azərbaycan səhiyyəsi özünün yeni bir mərhələsinə qədəm qoyub. Səhiyyəmiz həm dövlət, həm də özəl sektorun payına inkişaf edir. Son illərdə səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir”.
 
Daha sonra tədbirdə çıxış edənlər vurğulayıblar ki, bütün zamanlarda ictimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xaqla olan vəhdətindən əldə etmişdir. Çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin memarı, qurucusu olduğunu bildiriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər