Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Bakı SOS Uşaq kəndində tibbi sosial aksiya keçirib
16.11.2023 15:24
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Bakı şəhərində yerləşən SOS Uşaq kəndində “20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü”nə həsr edilmiş sosial tibbi aksiya həyata keçirilib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d. Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos. İsmayıl Əfəndiyev, Bakı SOS Uşaq kəndinin direktoru Fuad Ələkbərov, Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri, həkimlər, tibb bacıları və digər əməkdaşlar iştirak ediblər.
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Bakı SOS Uşaq Kəndinin balaca sakinlərini qarşıdan gələn “20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü” münasibətilə təbrik edib, onlar üçün təşkil olunan bu cür sosial tibbi aksiyaların əhəmiyyətindən danışıb. Bu cür aksiyaların artıq ənənəvi hal aldığını deyən C.Məmmədov bu tədbirin "Heydər Əliyev İli" çərçivəsində təşkil olunduğunu vurğulayıb.
 
Bakı SOS Uşaq kəndinin direktoru Fuad Ələkbərov uşaqlar üçün təşkil olunan bu tibbi aksiyanın keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və Mərkəzi Gömrük Hospitalının həkimlərinə dərin minnətdarlığını bildirib. O, SOS Uşaq kəndlərinin yaradılması tarixindən ətraflı məlumat verib və bildirib ki, burada uşaqlar hərtərəfli qayğı ilə əhatə olunub. Hər birinin SOS dostları və SOS ailəsi var. Onlar da adi uşaq bağçalarına gedir, məktəblərdə təhsil alır, daim digər uşaqlarla ünsiyyətdə olur və özlərini ailə mühitində hiss edirlər.Tədbirin rəsmi açılış hissəsindən sonra Bakı SOS Uşaq Kəndinin sakinləri bədii kompozisiya ilə çıxış ediblər.
 
Aksiya çərçivəsində SOS Uşaq Kəndinin 50-yə yaxın sakini Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri: pediatrlar, uşaq nevropatoloqu, psixiatr, uşaq cərrahı, kardioloq, fizioterapevt, dermatoveneroloq, uroloq, sonoloq və mama-ginekoloqdan ibarət həkim briqadası tərəfindən müayinə edilib və müayinə nəticəsində səhhətində problem aşkarlanan uşaqlara yerində tibbi məsləhətlər verilib. Aksiya zamanı uşaq və yeniyetmələrə “Baku Kids Company” şirkəti tərəfindən təqdim olunmuş oyuncaqlar hədiyyə olunub.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası arasında cari ildə əməkdaşlıq memorandumu imzalanıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər