Avropada tibb elmləri doktoru elmi dərəcəsi alan ilk azərbaycanlı alim - Mirzə Əbdülxalıq Axundov
19.09.2023 11:36
"Dahi təbiblər" rubrikasında Avropada tibb elmləri doktoru elmi dərəcəsi alan ilk azərbaycanlı alim Mirzə Əbdülxalıq Axundov haqqında məlumatları oxuculara təqdim edirik.
Mirzə Əbdülxalıq Axundov 13 dekabr 1863-cü ildə Bakıda anadan olub. Əvvəlcə özəl məktəbdə, daha sonra mədrəsədə təhsil alıb. 1877–1884-cü illərdə Bakı real (edadi) məktəbində təhsilini davam etdirib. Hələ gənc yaşlarından ərəb, fars və rus dillərini öyrənib, 1888-ci ildə Almaniyadakı Erlangen Universitetinin Tibb fakültəsində göz xəstəliklərinə dair yazdığı əsərini magistr elmi dərəcəsi almaq üçün müdafiə edib. Əsər iki il sonra ayrıca kitab şəklində nəşr olunub.
O, göz bəbəyinin klinik tədqiqi sahəsində tanınmış mütəxəssis olub, Azərbaycanda tibb tarixinin araşdırılmasının təməlini qoyub. Mirzə Əbdülxalıq Axundovun Şərq və Qərb əczaçılığına dair tərcümə etdiyi və geniş şərh yazdığı əsərlərdən uzun illər rus və Avropa farmakoloqları faydalanıblar.
Mirzə Əbdülxalıq Axundov X əsr əczaçısı Əbu Mənsur Hərəvinin əsərini ərəb dilindən alman dilinə tərcümə edib. Əsərdəki 446 bitki və 44 heyvan bədənindən hasil olan dərman preparatı haqqında elmi izah yazıb. Həmçinin orta əsr istilahlarının müasir elmi şərhini verib. Əsər 1893-cü ildə Derptdə Farmakologiya Tədqiqatları Tarixi İnstitutunun əsərlərində, həm də ayrıca kitab şəklində Halle şəhərində nəşr edilib. Bu işinə görə Derpt Universitetinin Tibb fakültəsi Mirzə Əbdülxalıq Axundova tibb elmləri doktoru elmi dərəcəsi verib.
O, XIX əsrin sonlarında Bakıya dönərək ilk göz xəstəlikləri məntəqəsini açıb. Eləcə də həkim Məmmədrza Vəkilovla birgə Azərbaycanda ilk ruhi xəstəliklər müəlicəxanasının yaradıcılarından olub. Alim 24 aprel 1892-ci ildə açılan xəstəxanada 1903-cü ilədək işləyib, 1895-ci ildə Məmmədrza Vəkilov və Kərim bəy Mehmandarov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis edib.
Mirzə Əbdülxalıq Axundov 20-ci əsrin əvvəllərində Bakıda vəba və cüzam xəstəlikləri ilə mübarizə aparıb, vəbaya qarşı mübarizədə göstərdiyi qeyri-adi fədakarlığa görə ona "Əsilzadə zadəgan" fəxri titulu verilib.
1920-ci ildə XI ordunun Bakını işğal etməsilə əlaqədar İrana mühacirət edən Mirzə Əbdülxalıq Axundov öncə Rəşt və Ərdəbildə, daha sonra Tehranda yaşayıb və həkimliklə məşğul olub. 1950-ci ildə Tehranda vəfat edib.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

