Övladım niyə danışmır? Valideynlər nəyi bilməlidirlər?
16.03.2023 15:44

Övladınızın nitqi yaşına görə ləngiyirsə, bu, iki faktorla bağlıdır, bioloji və sosioloji.


Aztibb.az xəbər verir ki, bununla bağlı NA-Loqopedik Psixoloji Mərkəzin məlumatında bildirlir.


Bioloji faktorlar – Qeyd edilir ki, bioloji faktorlar dedikdə, həm hamiləlik zamanı ananın keçirdiyi müxtəlif xəstəlikləri, zərərli amillərin təsirini, həmçinin doğuş travmalarını və doğuşdan sonra uşağın ilk aylarda keçirdiyi xəstəlikləri göstərmək olar.


Digər bioloji amillər uşağın keçirdiyi baş-beyin zədələnmələri, nevroloji, psixi, somatik və s. səbəblərlə bağlı ola bilər. Valideynlər bilməlidirlər ki, belə pataloji hallar uşaqlarda nəinki nitqin ləngiməsinə, hətta intellektin pozulmasına gətirib çıxarır.


Sosioloji faktorlar – Ailədə çox dillilik, pedaqoji baxımsızlıq, valideynlər arasında düzgün olmayan münasibətlər uşağın psixi və əqli inkişafına təsir göstərir.


Çox dilli ailələr hələ uşağın nitqi formalaşmamış ona iki və üç dildə müraciət edirlər ki, nəticədə nitqin formalaşması, anlama, qavrama bacarıqları ləngiyir.


Nitqin inkişafına təsir edən geniş yayılmış səbəblərdən biri də pedaqoji baxımsızlıqdır. İlkin yaşlarda uşaqla az ünsiyyətdə olmaq, onu oyuncaqlarla tək qoymaq, yaxud balacanın uzun müddət cizgi filmi izləməsinə imkan vermək, bir sözlə, ona lazım olan diqqətin göstərilməməsi uşağın ümumi, yəni, fiziki, psixi və əqli inkişafının ləngiməsinə səbəb olur.


Əgər siz uşaqlarınızın sərrast nitqinin, əqli və məntiqi təfəkkürünün yaşa uyğun inkişafını istəyirsizsə, ona ana bətnindən başlayaraq doğru yanaşmalısınız, onun kiçik dünyasına rəng qatan böyük kəşflərə zaman ayırmalısınız.


Beş yaşa qədərki inkişaf prosesi uşağın gələcək həyatının təməlidir. Övladınızın ilk yaşlardan şəxsiyyət kimi formalaşması sizin onu necə dəyərləndirmənizlə bağlıdır.
Sevgi və diqqətinizi doğru istiqəmətdə paylayın!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır