Soyuq havada immuniteti necə qoruyaq?
16.12.2022 11:55
Havaların kəskin soyuması orqanizmdə bir çox xəstəliklərə və narahatlıqlara səbəb olur. Xüsusilə də südəmər və azyaşlı uşaqlarda bu hallara daha sıx rast gəlinir. Onların əksəriyyətində burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Azyaşlıları soyuq aylarda infeksiya və viruslardan qorumaq üçün valideynlər daha diqqətli olmalıdırlar.
Pediatr qeyd edib ki, uşaqlarda kəskin hava dəyişiklikləri zamanı immunitet aşağı düşür, onlar asanlıqla virus və bakterial infeksiyaya yoluxurlar. Xüsusilə bağça və məktəbə gedən uşaqlar günlərinin çoxunu qapalı mühitdə keçirdiklərinə görə, bu hallar daha çox müşahidə edilir. Çünki qapalı mühitlərdə infeksiya və virusların yayılma ehtimalı çox olur.
"İlk növbədə, viruslara yoluxmamaq, yaxud xəstəliyin ağırlaşmaması üçün uşaqlar açıq havada mümkün qədər çox olmalıdırlar. Pəncərələr açılaraq, tez-tez otağın havası dəyişdirilməlidir. Əgər uşaq xəstə halda bağçaya, məktəbə gedərsə, qoruyucu tənziflərdən, maskalardan istifadə olunmalıdır. Xəstəlik hallarında qızdırma varsa burun damcılarından, boğaz spreylərindən, qızdırmasalıcı dərmanlardan istifadə etmək olar. Virus əleyhinə xüsusi bir müalicələr yoxdur. Əgər ağırlaşmalar varsa, həkim nəzarətində bir sıra dərman preparatları ilə müalicə edilməlidir", - deyə Növrəstə Hüseynova bildirib.
Onun sözlərinə görə, istənilən növ virus infeksiyaları bakterial infeksiya ilə ağırlaşa bilər. Məsələn, üst tənəffüs yolunun infeksiyası varsa, bu, rinitə, pnevmoniyaya, sinusitə və s. keçə bilər. Bəzi viruslar var ki, beyinə təsir edərək, meningit yaranmasına səbəb olar. Mədə-bağırsaq infeksiyaları uşaqlarda ağırlaşaraq, bağırsaq qanamalarına və ishala, susuzlaşmaya gətirib çıxara bilər. Qidalanmaya xüsusi diqqət etmək lazımdır. Qış aylarında meyvə tərəvəzə, göyərtilərə, meyvə qurularına üstünlük verilməlidir.
Pediatr xəbərdarlıq edib ki, virus infeksiyalarının yayıldığı bu dönəmlərdə xüsusən südəmər uşaqları mümkün qədər xəstə insanla təmasdan uzaq tutmaq lazımdır. Çünki, hər hansı virus infeksiyası onlarda asanlıqla ağırlaşma verə bilər: "Ona görə də südəmər körpələr mütləq həkim nəzarətində olmalıdır. Südəmər uşaqları evdə təbii üsullarla müalicə etmək qətiyyən düzgün deyil. Bu, bir sıra fəsadlara gətirib çıxara bilər. Bir də ən əsası, körpəni ana südü ilə qidalandırmaq lazımdır. Çünki ana südündə müəyyən qədər uşaqları qoruyan maddələr var".
Bu bölməyə aid digər xəbərlər
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib
16.10.2026 | 19:12
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

