Naxçıvanda “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda maarifləndirici təlim keçirilib
03.05.2024 12:47

AR Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda maarifləndirici təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Tədbirdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrinin əməkdaşları və digər nümayəndələr iştirak ediblər.  

 

Təlimin açılış mərasimində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev təlim iştirakçılarını salamlayaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində 2-4 may 2024-cü il tarixlərində keçiriləcək təlim, konfrans və sosial tibbi aksiya barədə ətraflı məlumat verib. İdarə rəisi Vüqar Əliyev çıxışında Ümumilli lider Heydər Əliyevin Naxçıvanda gömrük sisteminin qurulmasında, eləcə də səhiyyə sahəsinə verdiyi töhvələrdən danışıb. O, qeyd edib ki, məhz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın gömrük və səhiyyə sistemi bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir, bu sahələrdə böyük uğurlar qazanılmışdır.

 

İdarə rəisi Vüqar Əliyev bugünkü təlimdə gömrük əməkdaşlarının gündəlik işlərində qarşılaşdıqları çətinliklər, iş fəaliyyətləri zamanı yaşadıqları stresslər, onların qarşısının alınması yolları haqqında danışaraq, qeyd edib ki, dövlət sərhəd buraxılış məntəqələrində çalışan əməkdaşlar hər zaman düşünməlidirlər ki, məqsədimiz birdir – dövlətimizə, dövlətçiliyimizə sədaqətlə, məsuliyyətlə, vicdanla xidmət etməkdir.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək, bildirib ki, gömrük işçilərinin xidmətlərinin keyfiyyətini, işdə yaranan stresslərə qarşı davamlılıqlarını, iş məmnunluğunu artırmaq, tükənmə sindromunun qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən təlimlər proqramı hazırlanmışdır. Yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılan bu təlimlərin əsas məqsədi işlə bağlı stress və onun qarşısının alınması istiqamətində gömrükçüləri məlumatlandırmaqdır.

 

Daha sonra təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim  Tibb Komissiyasının psixiatrı, t.ü.f.d. Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: stressə davamlılığın artırılması” mövzusunda,  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə  “Effektiv iş mühitinin yaradılmasında komanda işi və effektiv ünsiyyətin əhəmiyyəti” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Təlimin sonunda mövzular ilə bağlı gömrükçülərin çoxlu sayda sualları cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər