Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri müzakirə olunub
18.04.2022 16:18

Ötən il dünya üzrə 9,2 milyon nəfər qadın onkoloji xəstəlikdən əziyyət çəkib və onlardan 4,4 milyonu xəstəliyin qurbanına çevrilib. Ötənilki statistikaya görə, onlardan 2,3 milyon nəfəri süd vəzi xərçəngi xəstəsi kimi qeydiyyata alınıb və onlardan 685 mini vəfat edib.

 

2021-ci ildə Azərbaycanda 15 min 387 nəfər onkoloji xəstədən 2 min 638 nəfəri süd vəzi xərçəngindən əziyyət çəkib. Aparılan müalicələr nəticəsində həmin xəstələrdən 43 faizi beş il yaşamaq imkanı əldə edib. Keçən il süd vəzi xəstələrindən 12, 2 faizi, başqa sözlə 315 nəfəri vəfat edib. Onu da qeyd etmək lazımdır ki, süd vəzi xərçəngindən əziyyət çəkənlərin 80 faizindən çoxu yaşı 50-dən yuxarı olanlardır.

 

Bu barədə aprelin 18-də Bakıda Avropa Onkologiya Məktəbi (ESO), Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Visiting Professorship Meetings” proqramı çərçivəsində “Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri” adlı beynəlxalq tədbirdə bəhs olunub.

 

Tədbirdən əvvəl dünyaşöhrətli mütəxəssis, İtaliyanın Genova Universitetinin dosenti Matteo Lambertini Milli Onkologiya Mərkəzinin işi ilə yaxından tanış olub, Cənubi Qafqazın ən böyük elmi-tibbi müəssisəsinin struktur bölmələrində aparılan müayinə və müalicə protokolları ilə maraqlanıb.

 

Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev ilə görüşən mütəxəssis mərkəzdə görülən işlərdən və tibb müəssisəsində qazanılan uğurlardan razı qaldığını bildirib.

 

Tədbirin açılışından sonra Matteo Lambertini süd vəzi xərçəngini əhatə edən bir sıra vacib mövzularla çıxış edib. Onun “Avropa və beynəlxalq şəraitdə süd vəzi xərçəngi ilə bağlı hazırkı vəziyyət və gələcək perspektivlər”, “Sistemli müalicənin süd vəzi xərçəngində rolu”, “Süd vəzi xərçəngində multidisiplinar müalicə və süd vəzi xərçəngi bölməsinin rolu” mövzularında mühazirələri iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Beynəlxalq tədbirdə yerli mütəxəssislərin - Cavid Qəribovun “Mastektomiya sonrası süd vəzi xərçəngi xəstələrində ayaqcıqlı fleblərlə rekonstruksiya”, Tünzalə Məmmədovanın “Epidemiologiya, yerli diaqnostika və müalicə qaydaları”, Bahadur Abbasovun “Süd vəzi xərçənginin patoloji aspektləri”, Leylaxanım Məlikovanın “Azərbaycan populyasiyasında BRCA1 və BRCA2 mutasiyaları”, Fuad Novruzovun “Süd vəzi xərçəngində 68GaFAPI və 18FDG PET/CT görüntüləməsi: perspektiv klinik sınaq” və Samir Qurbanovun “Süd vəzi xərçəngində cərrahiyyənin rolu” mövzularında çıxışları da dinlənilib.

 

Süd vəzi xərçəngi üzrə xəstə təqdimatları və müxtəlif müzakirələr aparılıb.

 

Avropa Onkologiya Məktəbi (ESO) tərəfindən akkreditasiya olunan tədbir aprelin 19-da davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib