Vətən müharibəsində şəhid olmuş 18 həkimin xatirəsi anılıb - FOTO
04.11.2021 17:22
Azərbaycan Tibb Universitetində (ATU) Vətən müharibəsinin 18 həkim şəhidinin xatirəsinə həsr edilmiş mərasim keçirilib. Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, ATU və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
 
Aztibb.az xəbər verir ki, öncə ümummilli lider Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən söz açıb. Bildirib ki, 8 Noyabr - Zəfər Günü tariximizə qızıl hərflərlə yazılıb. O, Prezident İlham Əliyevin qələbədən sonrakı çıxışlarının hər bir kəsin əhval-ruhiyyəsinə, nitqinə, davranışına təsirindən danışaraq deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqın itən ümidinin, azalmış qürurunun qayıtmasına səbəb olub. İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaqdır.
 
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bugünkü qələbəmiz üçün zəmin yaratdığını vurğulayan professor G.Gəraybəyli Ümummilli Liderin ATU-da Hərbi tibb fakültəsinin yaradılması haqqında 25 may 2000-ci il tarixli sərəncamını bu uzaqgörənliyin bariz nümunəsi kimi dəyərləndirib. Bildirib ki, Hərbi tibb fakültəsinin vəzifəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, hərbi həkim və feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir. Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 18-i həkimdir: "Qürurla qeyd etmək istəyirəm ki, həmin hərbi həkimlər universitetimizin yetirmələridir. Onlar qorxmadan əsgərlərimizin, hərbçilərimizin yanında olaraq həkimlik adını daha da ucalara qaldırmışlar".
 
Sonra çıxış edən ATU-nun Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov İkinci Qarabağ müharibəsi və qazandığımız Qələbə haqqında məlumat verib. Bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib.
 
Digər çıxışçılar da 44 günlük Vətən müharibəsi zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış həkimlərimizin əziz xatirəsinin daim ehtiramla anılacağını, örnək olaraq yeni nəsillərə çatdırılacağını vurğulayıblar.
 
Tədbirdə müharibə zamanı əsgərlərimiz tərəfindən lentə alınmış tarixi kadrlar, eləcə də möhtəşəm qələbəyə aparan şərəfli yolun əks olunduğu videoçarx nümayiş etdirilib.
 
Toplantının bədii hissəsində Səbail rayon Badamdar qəsəbə mədəniyyət evinin bədii rəhbəri Rəna Hüseynova, rejissor Suqra Lütfəliyeva, ATU-nun tələbəsi Aytac Yüzbəyova və Hərbi tibb fakültəsinin kursantı Nicat Nəsibli qələbə ovqatlı şeirlər səsləndiriblər.
 
Sonda tanınmış müğənnilərin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib