Azərbaycanda uşaq cərrahiyyəsinin qısa tarixi – İkinci yazı
18.08.2021 23:10

Ölkəmizdə uşaq cərrahiyyəsinin inkişafının bütün dövürlərində Uşaq cərrahlığı kafedrasının müstəsna rolu olub.

 

Aztibb.az səhiyyəmizin uşaq cərrahiyyəsi sahəsində inkişafının tarixi mərhələləri və alim-cərrahların bu istiqamətdə xidmətləri haqqında növbəti yazını təqdim edir.

 

1969-1970-ci illərdə İ.S.Qinzburqdan sonra uşaq cərrahlığı kafedrasının müdiri vəzifəsini müvəqqəti olaraq Azərbaycanda uşaq cərrahlığının inkişafında öz dəsti-xətti olan professor Nazim Yusif oğlu Axundov əvəz edir.

 

1970-ci ildən Uşaq cərrahlığı kafedrasının müdiri vəzifəsinə professor Ə.M.Əlizadə seçillir. 1968-ci ildə ana dilində çap olunmuş ilk “Uşaq cərrahlığı” dərsliyinin müəllifi olan professor Ə.M.Əlizadə uzun illər Azərbaycan Səhiyyə Nazirliyinin baş cərrahı, ATU-nun tədris işləri üzrə prorektoru olub. Sonralar professor Babaş Sədi oğlu Babaşov uşaq cərrahlığı kafedrasına müdir vəzifəsinə seçilir. Professor B.S.Babaşov geniş diapazona malik cərrah olsa da onun fəaliyyətinin əsas istiqaməti ağciyər patologiyasının cərrahi müalicəsinə həsr olunub.

 

1995 ildən başlayaraq uşaq cərrahiyyəsi sahəsində növbəti mərhələ başlayır. Tibb elmləri doktoru, professor Çingiz Bayram oğlu Quliyev həmin ilin may ayında uşaq cərrahlığı kafedrasına müdir vəzifəsinə seçilir. O, kəllə-beyin travmaları ilə yanaşı onurğa beyin dəbəliklərinin çox səlist operasiya edir və fəqərənin cismində olan defekti yeni üsulla plastika edirdi.

 

 

Onurğa beyin dəbəlikləri adətən hidrosefaliya ilə müşayət olunur. Cərrahi əməliyyatdan sonra belə uşaqlarda kəllədaxili hipertenziya baş verirdi ki, bu da uşaqlarda müxtəlif ağırlaşmalara səbəb olurdu (hipertermiya, qıcolma, likvorodinamikanın pozulması və s).

 

Bu fəsadların qarşısını almaq üçün Ç.B.Quliyevin yeni səmərələşdirici təklifi verir. Bunun vasitəsilə də kəllədaxili təzyiqi uzun müddət tənzimləmək imkanı yarandı. Nəticə etibarı ilə bu əməliyyatdan sonrakı ölüm minimuma endi. Bu illərdə o, uşaqlarda ön və arxa beyin dəbəlikləri ilə olan uşaqları da çox məharətlə əməliyyat edirdi.

 

2000-ci ildə professor Ç.B.Quliyev ilk dəfə olaraq latın qrafikası ilə “Uşaq cərrahlığı” dərsliyini yazaraq nəşr etdirdi və tələbələrin sərəncamına verdi. Sonradan bu dərslik daha da təkminləşdirilərək 2005-ci ildə (II nəşr) və son varianta yeni fəsil (cərrahi xəstəliklərin semiotika və diaqnostikası) əlavə edilərək 2008-ci ildə (III nəşr) çap etdirdi.

 

Alim “Uşaqlarda cərrahi Patologiyaların Atlası”nı da tərtib edərək müəllimlərin ixtiyarına verdi. Atlasda demək olar ki, uşaq yaşlarında təsadüf olunan bütün cərrahi patologiyalara dair məlumatlar yer alırdı. Atlasda verilmiş fotoşəkillər əyani olaraq patologiya barədə geniş təsəvvür yaradırdı. Atlasın orjinallığı onda idi ki, müəllif “Uşaq cərrahlığı” proqramında nəzərdə tutulan bütün patologiyaları qruplaşdırmış şəkildə vermişdi ki, bu da praktiki baxımdan çox dəyərli hesab olunurdu.

 

Atlas yalnız uşaq cərrahları üçün deyil, eyni zamanda ümumi cərrahlar, travmatoloqlar, neyrotravmatoloqlar, ortopedlər, uroloqlar, onkoloqlar və yuxarı kurs tələbələri üçün idi.

 

Professor Ç.B.Quliyev ilk dəfə olaraq respublikamızda yoğun bağırsağın distal hissəsinin anadangəlmə ağır inkişaf qüsuru olan Hirşprunq xəstəliyinin cərrahi müalicəsində Dühamel üsulu və Bairov modifikasiyasını tətbiq edib.

 

Respublikamızda 2002-ci ildə ilk dəfə olaraq professor Ç.B.Quliyev 2 günlük siyam əkizlərini əməliyyat etdi və bu uğurlu əməliyyat çox böyük əks-sədaya səbəb oldu.

 

Həmin illərdən başlayaraq, respublikanın rayonlarında bölgə uşaq cərrahlığı mərkəzlərinin (Lənkəran, Biləsuvar, Mingəçevir, Quba) və ayrı-ayrı şəhər və rayonlarında uşaq cərrahlığı şöbələrinin (Sumqayıt, Gəncə) və ya böyüklər üçün olan cərrahi şöbələrdə uşaq cərrahlığı palatalarının təşkil olunmasında çox böyük addımlar atıldı.

 

Hazırda respublikamızda uşaq cərrahiyyəsi üzrə yüksək ixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyini artırmaq, tibb təhsil sistemini ümumiavrоpa tibb təhsili prinsiplərinə uyğunlaşdırmaq, ali tibb təhsili sisteminin dünya tibb təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş tibb təhsil sənətinin beynəlxalq məkanda tanınmasına nail оlmaq səhiyyəmiz qarşısında duran mühüm vəzifələrdir.

 

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb