Qadın sonsuzluğunun SƏBƏBLƏRİ 
29.01.2021 15:44

Dünya səhiyyənin statistikasına görə, bu və ya digər səbəblərə görə bütün cütlüklərin təxminən 15%-i uşaq dünyaya gətirə bilmirlər. Bunun səbəbi qadın və kişi sonsuzluğu ola bilər, lakin 60%-dən çox hallarda səbəb qadın orqanizmindəki problemlərdə olur.

 

Qadın sonsuzluğu bir sıra xəstəliklər və pozğunluqlardan yarana bilər.

 

Qadın sonsuzluğunun əsas səbəbləri:

 

Psixogen mənşəli


- Ovulyasiyanın pozulması (endokrin sonsuzluq) (35-40 %)

 

- Uşaqlıq borusu və peritoneal faktor (20-30%)

 

- Müxtəlif ginekoloji xəstəliklər(15-25 %)

 

- İmmunoloji səbəblər (2%)

 

Psixogen mənşəli sonsuzluğun səbəbləri: ailədə, işdə konfliktlər, qeyri qənaətbəxş cinsi həyat, hamiləlikdən, uşaq doğmaqdan qorxmaq; bunlar həm ovulyasiyanın pozulmasına və vegetativ sinir sisteminə təsir etməklə boruların spazmına səbəb olaraq sonsuzluğa gətirir.

 

Endokrin sonsuzluq:

 

Endokrin sistemin pozulması cinsiyyət sisteminin xəstəliklərinin yaranma və inkişafında mühüm rol oynayır.

 

Uşaqlıq borusu və peritoneal faktor: boru sonsuzluğu uşaqlıq borusunun funksional aktivliyinin pozulması və ya orqanik zədələnməsi nəticəsində yaranır.

 

Peritoneal sonsuzluq: uşaqlıq artımları ətrafında bitişmələrin olması nəticəsində əmələ gəlir. Bu bitişmələr cinsi orqanların iltihabı xəstəlikləri, qarın boşluğu və kiçik çanaqda əməliyyatlardan sonra əmələ gələ bilər.

 

Ginekoloji xəstəliklər nəticəsində yaranan sonsuzluq: endometriyanın polipləri, endometrioz, miomalar submukoz düyünlər, uşaqlıqdaxili arakəsmələr vəs. embrionun implantasiyasına mane olur.

 

İmmun sonsuzluq: qadında antispermal antitel əmələ gəlir. Bunlardan başqa xroniki infeksiya ocaqları, o cümlədən, gingivit, parodontit, karies, ölü dişlər; sinusit; mədə-bağırsaq traktı və sidikçıxarıcı yolların infeksiyaları və s. sanasiya olunmadıqda daimi orqanizmi toksinlə yükləyir və digər sistemlərdə olduğu kimi, ginekoloji xəstəliklərin, iltihabın
xronikiləşməsində xüsusi rol oynayır.

 

Müalicə zamanı xəstəyə individual yanaşılmalı, pasientin fərdi xüsusiyyətləri, xəstəliyin etiopatogenezi (səbəbi, inkişafı, gələcək nəticələri) nəzərə alınaraq müalicə təyin olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama