Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib
20.11.2020 18:09

Naxçıvan Duzdağı iqtisadi və tarixi-mədəni əhəmiyyətini qorumaqla yanaşı, müalicəvi xüsusiyyətləri ilə də məşhurdur. Duzdağ Fizioterapiya Mərkəzi təbii müalicə mərkəzi kimi dünyada şöhrətə malikdir.

 

Noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

 

O, çıxış edərək bildirib ki, 1979-cu ildən fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi bu gün 500-ə yaxın yataq yeri və 50 tibbi heyət ilə dünyanın bir çox ölkələrindən gələn xəstələrə xidmət göstərir. 

 

“Duzdağ Fizioterapiya Mərkəzi 40 illik yol keçmişdir. Bu gün istifadəyə verilən inzibati bina da 40 illik fəaliyyətə verilən töhfədir. Bir neçə ölkədə duz şaxtaları, eləcə də süni şəkildə yaradılan şaxtaların olmasına baxmayaraq onlar Naxçıvan Duzdağı kimi təsir gücünə malik deyil. Ona görə də bu sərvəti qorumalı, tanıtmalı və yaşatmalıyıq. Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri maarifləndirmə işləri apararaq yerli xəstələri mərkəzə cəlb etməli, mərkəzlə bağlı məlumatlar daim yenilənməlidir”, - deyə Ali Məclisin Sədri bildirib.

 

Ali Məclisin Sədri kollektivə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra mərkəzin baş həkimi Heyran Qazıbəyova və Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi, mərkəzin tibb bacısı Darçın Eyvazova çıxış edərək istifadəyə verilən inzibati binada hər cür şəraitin olduğunu söyləyib, Ali Məclis Sədrinə minnətdarlıqlarını bildiriblər.

 

Sonra binaya baxış olub.

 

Bildirilib ki, mərkəzin inzibati binasının tikintisinə 2019-cu ilin iyun ayında başlanılıb. Binanın birinci mərtəbəsində qeydiyyat, müayinə, təsərrüfat otaqları, bufet, ikinci mərtəbəsində isə baş həkim, tibb bacısı, 2 ordinator otağı, mühasibatlıq, təsərrüfat müdiri və texniki işçilər üçün otaqlar vardır. Yeraltı şöbənin girişində fizioterapiya kabinəsi və laboratoriya yerləşir. Fizioterapiya kabinəsi ultrasəs-elektroterapiya və yüksəktezlikli cərəyanla müalicə cihazları, solyuks və parafinəritmə qazanı ilə təchiz edilib. 

 

Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinin yeraltı şöbəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdədir. Burada bütün fəsillərdə havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Mərkəzdə bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinit xəstəlikləri müalicə olunur.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir