Laçın rayonunda əhali üçün oftalmoloji tibbi müayinələr təşkil olunub
05.05.2025 09:46

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Laçın rayonunda Səyyar Klinika vasitəsilə əhali üçün oftalmoloji tibbi müayinələr təşkil olunub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, aksiya “Böyük Qayıdış” Proqramı çərçivəsində həyata keçirilib.

 

İki gün ərzində səyyar klinikanın həkim heyəti tərəfindən 145 nəfər yerində müayinə olunub. Müayinələr zamanı müxtəlif göz xəstəlikləri – refraksiya qüsurları, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və digər patologiyalar aşkar edilib.

 

Aksiyanın əsas məqsədi görmə problemlərinin erkən mərhələdə aşkarlanması, vaxtında müdaxilə imkanlarının yaradılması və görmə itkisinin qarşısının alınması olub. Eyni zamanda bu təşəbbüs əhali arasında göz sağlamlığı ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə də xidmət edir.

 

Tibbi xidmətlər Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları Rövşən Rəcəbli, Emin Ərəbov və tibb bacısı Banu Rəcəbli tərəfindən həyata keçirilib. Aksiyada həmçinin Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov və sürücülər Vasif Nəsirov və Vüsal Məmmədov da iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır