Virusoloq: Adi və quş qripi bəşəriyyət üçün ən təhlükəli viruslardır
09.03.2025 13:26

Koronavirus pandemiyası çoxdan soyusa da, bir çoxları bəşəriyyətin qlobal miqyasda yeni xəstəliklərlə üzləşəcəyindən narahatdır. Virusoloq və tibb elmləri doktoru Svetlana Protasova bildirib ki, ən böyük təhlükə adi və quş qripinin birləşməsi ola bilər.

 

Aztibb.az "Actualnews"a  istinadən yazır ki, bu gün dünyada əksər ölkələrdə  qrip və kəskin respirator virus infeksiyaları üçün epidemiya həddi keçib. Bu vəziyyət quş və insan qripi viruslarının eyni hüceyrədə rastlaşa bilməsinə səbəb olur. Hipotetik olaraq, onların qarşılıqlı əlaqəsi sələflərindən çox daha ölümcül olacaq yeni bir virusun yaranmasına səbəb ola bilər.

 

Hazırda dövriyyədə olan quş qripinin ştammlarından biri 50% hallarda insanları öldürür. Yeni virusun potensial epidemiyası təkcə COVID-i deyil, 20-ci əsrin birinci yarısında milyonlarla insanın ölümünə səbəb olan ispan qripini də ötmək təhlükəsi yaradır.

 

"Hələ quş qripinə qarşı effektiv peyvəndlər yoxdur və bir çox insanlar koronavirusdan sonra immuniteti əhəmiyyətli dərəcədə zəiflədiblər. Nəticədə yeni pandemiyanın yayılması üçün optimal şərait yaradılır. Quş qripini sağaldan dərmanlar var, lakin onlar yoluxduqdan sonra ilk 48 saat ərzində qəbul edilməlidir!", - deyə mütəxəssis qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır