Türkiyə sağlamlıq turizmindən 2,3 milyard dollar gəlir əldə edib
08.04.2024 15:24

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, ölkə sağlamlıq turizmi sahəsində beynəlxalq akreditasiyaya malik 40 səhiyyə müəssisəsi ilə dünyada 7-ci yerdə qərarlaşıb və ötən il bu sahədən 2,3 milyard dollar gəlir əldə edib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, nazirlikdən verilən açıqlamada qeyd olunub ki, sağlamlıq səyahətləri sürətlə genişləndiyi bir vaxtda sağlamlıq turizminin ölkə iqtisadiyyatına əlavə dəyərinin artırılması, şirkətlərin beynəlxalq bazarlara açılması, rəqabət qabiliyyətinin və brendinqinin artırılması istiqamətində fəaliyyətlər dəstəklənir.

 

Açıqlamada, 2022-ci ildə səhiyyə xidməti ixracından 1,9 milyard dollar gəlir əldə edildiyi, 2023-cü ildə ölkəyə gələn 1,4 milyon sağlamlıq turisti ilə bu rəqəmin 2,3 milyard dollara çatdığı bildirilib.

 

Bundan başqa, ötən il sektor nümayəndələrinin təşkil etdiyi 12 ticarət və satınalma heyətinə dəstək verildiyi, Berlin və Londonda keçirilən sektorun 2 aparıcı yarmarkasında milli iştirak təşkilatının təşkil edildiyi qeyd olunub.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə