"Həkimlərimizi tanıyaq!” rubrikası: Tibb üzrə fəlsəfə doktoru Nərgiz Məmmədova
07.04.2024 17:20

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizə insanlara şəfa bəxş edən, səmimi və mehriban xarakteri ilə xəstələrə səhhətlərindəki problemləri unutduran, cəfakeş təbiblərimizdən biri Nərgiz Məmmədovanı təqdim edirik.

Məmmədova Nərgiz Adil qızı 1969-cu il noyabr ayının 13-də Bakı şəhərində doğulub. 1986-cı ildə Azərbaycan Tibb İnstitutunun II Müalicə-profilaktika fakültəsinə daxil olub, 1992-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. 1992-1994-cü illərdə Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib.

O, 1994-cü ildən 2000-ci ilə kimi həmin institutun Qaraciyər, öd yollari və mədəaltı vəzi cərrahiyyəsi şöbəsində kiçik elmi işçi, 2000-ci ildən akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, öd yollari və mədəaltı vəzi cərrahiyyəsi şöbəsində kiçik elmi işçi, 2011-ci ildən Yoğun və düz bağırsaq cərrahlığı şöbəsində kiçik elmi işçi və 2018-ci ildən elmi işçi vəzifələrində çalışıb. 2020-ci ilin mart ayından M.A.Topçubaşov adına ECM-nin Yoğun və düz bağırsaq cərrahlığı şöbəsinin müdiridir.

Tanınmış həkim 2016-cı ildə "Kəskin destruktiv pankreatitli xəstələrdə qastroduodenal ağırlaşmaların profilaktikası və müalicəsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. N.Məmmədova sahəsi üzrə müxtəlif ixtisaslaşdırma kursları keçib, respublika və beynəlxalq elmi tədbirlərdə məruzələrlə çıxış edib.

Alim, həmçinin akademik M.A.Topçubaşov adına ECM-nin FD 1.12 Dissertasiya Şurasının nəzdində 3213.01 “Cərrahlıq” ixtisası üzrə Elmi Seminarın elmi katibidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib