Yumurtalıqların polikistozu nədir? Bu halda hamiləlik mümkündürmü?
28.12.2023 08:23

Həkimlər bu xəstəliyi polikistoz yumurtalıq sindromu adlandırırlar (PYS). PYS zamanı yumurtalıqlarda çoxlu sayda xırda köpükcüklər əmələ gəlir ki, onları kista adlandırırlar. Həmin köpükcüklərin hesabına yumurtalıqların həcmi böyüyür.


Aztibb.az xəbər verir ki, ginekoloq Elnurə Mustafayevanın bildiridiyinə görə, yumurtalıqların polikistozu zamanı onların işi pozulur və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir.


Həkim yumurtalıqların polikitozunun səbəblərini də sadalayıb. Qeyd edib ki, yumurtalıqların polikistozunun yaranma səbəbləri hələ sona qədər öyrənilməyib. Polikistozdan əziyyət çəkən qadınlarda qanda testosteron (kişi cinsiyyət hormonu) səviyyəsi yüksək olur, eləcə də qanda qlükoza səviyyəsinin yüksəlməsi qeyd edilir. (səbəb hormonun insulina qarşı dözümsüz olmasıdır).


“Yumurtalıqların polikistozu zamanı hamiləlik mümkündür, lakin xəstəlikdən əziyyət çəkən qadınlar hamiləliyin planlaşdırılması zamanı böyük çətinliklərlə üzləşirlər. Yumurtalıqların polikistozu zamanı qadınların orqanizmlərində hormonal pozuntular (testosteron səviyyəsinin yüksəlməsi) baş verir ki, bu yumurtalıqların normal fəaliyyətini pozur. Əgər yumurtalıqlar normal fəaliyyət göstərmirsə, onlar yumurtalıq hüceyrələri emal etmir. Bu ovulyasiyanın olmaması və ya anovulyar tsikl adlanır. Ovulyasiyanın olmamasının əsas əlaməti qeyri-mütəmadi menstruasiyaların (aybaşıların) olmasıdır. Bu halda xüsusi müalicə almadan hamilə qalmaq ehtimalı olduqca azdır.”, - deyə ginekoloq vurğulayıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev