Ömrünün 45 ilini ginekologiya sahəsinə həsr etmiş Natiq Əliyev Fəxri fərmanla təltif olunub
24.11.2023 15:30
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzin mama-ginekoloqu Natiq Əliyev Fəxri fərmanla mükafatlandırılıb.
 
STM-dən Aztibb.az-a bilirilib ki, Mərkəzin direktoru Səkinə Sadıxova N.Əliyevi səhiyyə sahəsindəki uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə təltif edib.
 
Direktor N.Əliyevi təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Mama-ginekoloq öz növbəsində təltifə görə minnətdarlıq edib və bundan sonra da səhiyyənin inkişafında səylərini əsrigəməyəcini vurğulayıb.
 
Qeyd edək ki, N.Əliyev ömrünün 45 ilini tibbin ginekologiya sahəsinə həsr edib. O, 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistitutuna qəbul olub və Müalicə-profilaktika fakültəsini bitirib. İlk əmək fəaliyyətinə Rusiyanın Saratov şəhərində başlayıb, 1988-ci ildə Sumqayıt 1 saylı Doğum Evində mama-ginekoloq kimi fəaliyyətini davam etdirib. 1994-cü ildən 2016-cı ilə qədər həmin Doğum evinin Ginekologiya şöbəsinin müdiri, 2003-2006-cı illərdə Sumqayıt şəhərinin Baş mama-ginekoloqu işləyib.
 
O, 2016-2021-ci illərdə Sumqayıt şəhər 1 saylı Doğum Evinin Baş həkiminin Müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. Bununla yanaşı, 2017-ci ildən Sumqayıt şəhərinin Baş mama-ginekoloqudur. Hazırda STM-nin Perital Mərkəzinin mama-ginekoloqu kimi fəaliyyətini davam etdirir.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib