Feyxoanın botaniki təsviri və biomorfoloji xüsusiyyətləri öyrənilib
06.01.2023 15:05

Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən feyxoa bitkisinin botaniki təsviri və biomorfoloji xüsusiyyətləri öyrənilib.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, aparılan elmi tədqiqatlar nəticəsində subtropik bitki olan feyxoanın Feijoa sellowiana Berg növünün Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən edilib. Feyxoa yüksək gəlirli sitrus bitkisidir. Onun meyvəsindən qiymətli ərzaq malları, mürəbbə, cem, jele, marmelad, limonad və s. istehsal edilir. Feyxoa bitkisinin həmişəyaşıl olması və çiçəklərinin gözəlliyi ona dekorativlik verir. Feyxoa bitkisi Abşeronun quru subtropik iqlim şəraitinə uyğunlaşdığı üçün park və bağların yaşıllaşdırılmasında geniş istifadəsi məqsədəuyğundur.

 

Feyxoanın vətəni Cənubi Amerikanın subtropik zonasıdır. Botaniki təsvirə görə feyxoa mərsinkimilər (Myrtaceae R.Br.) fəsiləsinin Feijoa cinsinə daxildir və 3 növü vardır. Feyxoa torpaq şəraitinə çox da tələbkar deyildir. Lakin gilli-qumlu və münbit qatı olan, qrunt suyu dərində yerləşən torpaqları sevir. Feyxoa möhkəm gövdəli bitki olmasına baxmayaraq, yayda və qışda əsasən güclü küləklər onun boy atmasına və inkişafına pis təsir göstərir. Bitki torpağın üst qatında hər tərəfə yayılan dağınıq və zərif kök sisteminə malikdir. Cavan feyxoa bitkisi rütubətə daha çox tələbkar olur. Torpaqda rütubət çatmadıqda bitkinin boy atması və inkişafı ləngiyir.

 

Feyxoa çox faydalı, müalicə əhəmiyyətli bitki olub Azərbaycanda əsasən Lənkəran-Astara zonasında sənaye əhəmiyyətli təsərrüfat bitkisi kimi geniş miqyasda becərilir. İnsan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitki olan feyxoanın tərkibi faydalı elementlərlə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir.

 

Feyxoanın mineral tərkibində kalium, maqnezium, dəmir, fosfor və sink elementləri çoxluq təşkil edir. Feyxoanın meyvəsində 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır. Xalq təbabətində feyxoanın meyvələri qalxanabənzər vəzinin xəstəliklərində, qəbizlikdə, podaqrada, təzə şirəsi isə raxit, sinqa və digər avitaminozlarda istifadə olunur.

 

Elmi təbabətdə feyxoanın meyvələri mədə-bağırsaq traktının iltihabi xəstəliklərində, hipoasid qastritdə və piolonefritdə, aterosklerozda, qalxanvari vəzin xəstəliklərində tireotoksikozlarda istifadə olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır