Qaraciyər kistası hər zaman təhlükəlidirmi?
19.07.2026 10:30
Qaraciyər kistaları əksər hallarda xoşxassəli olur və uzun müddət heç bir əlamət vermədən təsadüfən aşkarlanır.
Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzində Baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov məlumat verib.
Onun sözlərinə görə, kistanın ölçüsü böyüdükdə və ya ağırlaşmalar yarandıqda aşağıdakı əlamətlər müşahidə oluna bilər:
Qarın nahiyəsində ağrı və ya diskomfort
Qarının sağ yuxarı hissəsində qəfil və ya kəskin ağrı
Qarında dolğunluq və ya təzyiq hissi
Bulantı və qusma
Sarılıq (dərinin və göz ağının saralması)
Ümumi halsızlıq və ya tez doyma hissi.
Tofiq Əkbərov bildirib ki, bu əlamətlərdən hər hansı biri sizdə varsa, vaxt itirmədən həkimə müraciət etməyiniz tövsiyə olunur. Müasir görüntüləmə üsulları (USM, KT və MRT) vasitəsilə qaraciyər kistaları dəqiq qiymətləndirilə və lazım olduqda müalicə planı müəyyən edilə bilər.
Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR

