Beyləqanda akademik Zərifə Əliyevanın 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub
27.04.2026 16:19
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında görkəmli akademik, oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, tədbirdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov Zərifə Əliyevanın zəngin həyat yolu, elmi fəaliyyəti və oftalmologiya sahəsinə verdiyi mühüm töhfələr haqqında çıxış edib. O, akademikin Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynadığını, öz peşəkarlığı və insanpərvərliyi ilə hər zaman nümunə olduğunu vurğulayıb.
 
 
Daha sonra tədbir iştirakçılarına Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda onun elmi nailiyyətləri, pedaqoji fəaliyyəti və insanlara göstərdiyi xidmətlər geniş şəkildə əks olunub.
 
Tədbir iştirakçıları böyük alimə dərin hörmət və ehtiramlarını ifadə edərək, onun irsinin gələcək nəsillər üçün daim örnək olduğunu qeyd ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır