Mərkəzi Gömrük Hospitalında “UpToDate” klinik qərarlara dəstək sistemi sınaq dövründə tətbiq olunur    
27.04.2026 15:56
Mərkəzi Gömrük Hospitalında “UpToDate” klinik qərarlara dəstək sistemi sınaq dövründə istifadəyə verilib. Artıq platforma və mobil tətbiq vasitəsilə hospitalın bütün şöbələrində çalışan həkimlər, tibb bacıları və həkim-rezidentlər bu sistemdən 24/7 rejimində yararlana bilirlər.
 
Bu barədə Aztibb.az-a Hospitaldan bildirilib.
 
“UpToDate” platforması dünyanın ən nüfuzlu klinik qərarlara dəstək sistemlərindən biri hesab olunur. Sübuta əsaslanan təbabətin geniş tətbiqinə imkan yaradan bu sistem klinisistlərə gündəlik tibbi praktikada, eləcə də mürəkkəb və mübahisəli klinik hallarda diaqnostika və effektiv müalicə planının hazırlanmasında mühüm dəstək verir.
 
Hazırda Mərkəzi Gömrük Hospitalında bir sıra xarici klinikalar və universitetlərlə əməkdaşlıq əlaqələri inkişaf etdirilir, müasir tibbi texnologiyalar tətbiq olunur, həmçinin yeni tibbi prosedurların ölkədə ilk dəfə icrası istiqamətində innovativ yanaşmalar həyata keçirilir.
 
Mərkəzi Gömrük Hospitalı pasiyentlərin müayinə və müalicəsində tibbin ən son nailiyyətlərinin tətbiqinə xüsusi önəm və üstünlük verən respublikanın aparıcı hospitalları sırasındadır.
 
Qeyd edək ki, “UpToDate” sistemi ABŞ, Avropa ölkələri, Yaponiya, Avstraliya, Böyük Britaniya, Almaniya, İspaniya, Türkiyə və digər inkişaf etmiş ölkələrin həkimləri arasında geniş yayılıb və yüksək etimad qazanıb. Bu alət klinik qərarların qəbulunda etibarlı mənbə kimi istifadə olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır