Tariyel Ömərov: Bu gün dünya əhalisinin 30 faizdən çoxu piylənmə və artıq çəki ilə mübarizə aparır  
27.04.2026 11:49

Piylənmə əsrimizin bəlasıdır. Bu gün dünya əhalisinin 30 faizdən çoxu piylənmə və artıq çəki ilə mübarizə aparır.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərov 7-ci Beynəlxalq Bariatrik-Metabolik cərrahiyyə və Metabolik xəstəliklər konqresində çıxışı zaman deyib.

 

"Səbəbsiz ölümlərin 7, fəsadlaşmaların 20 faizi piylənmədən əziyyət çəkən pasiyentlərin payına düşür. Piylənmənin özü ilə gətirdiyi, yanaşı gedən ən böyük xəstəliklərdən biri 2-ci tip şəkərli diabetdir. Hesablamalara görə, 2040-cı ildə piylənmədən əziyyət çəkən 642 milyon xəstə 2-ci tip şəkərli diabetlə də mübarizə aparacaq. Təəssüf hissi ilə qeyd edirəm ki, Dünya Piylənmə Atlasının 2024-cü ildə yayımladığı hesabata görə, ölkəmizdə yaşlı əhalinin 33 faizi piylənmədən əziyyət çəkir. Həmin rəqəmin 2035-ci ilə qədər daha 2.5 faiz artacağı ehtimal olunur.

 

Piylənmə səssiz epidemiya, bariatrik metabolik cərrahiyyə isə səssiz müalicədir. Çünki həqiqətən də çox effektiv və eyni zamanda da çox dramatik bir əməliyyat sahələridir", - deyə T.Ömərov qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır