“Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü” adlı tədbir keçirilib
27.04.2026 12:47
Yeni Azərbaycan Partiyası və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü” adlı tədbir akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunaraq böyük ehtiramla qeyd olunub.
Aztibb.az-ın məlumatına görə, tədbirin əsas məqsədi görkəmli alimin zəngin elmi irsini, yüksək mənəvi keyfiyyətlərini və insanpərvər fəaliyyətini yad etmək, onun həyat və yaradıcılığını gələcək nəsillərə nümunə kimi təqdim etmək olub.
Tədbirdə akademik Zərifə xanım Əliyeva haqqında bir çox çıxışlar səsləndirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat və təşkilati-metodik” bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, t.e.d. Yazgül Abdıyeva çıxışında akademik Zərifə xanım Əliyeva haqqında danışmağın həm qürurverici, həm də məsuliyyətli olduğunu bildirib.
O qeyd edib ki, Zərifə xanım Əliyevanın həyat yolu, insanlara bəxş etdiyi nur və xeyirxahlığı həyat amalına çevirməsi onu nadir və unudulmaz şəxsiyyətə çevirib. Onun yüksək mənəviyyatı, zəngin daxili aləmi və insanlara olan sonsuz sevgisi Zərifə xanımı yaddaşlarda əbədi yaşadan başlıca keyfiyyətlərdir. Mənalı və şərəfli ömür yolu bu gün də gələcək nəsillər üçün işıq saçan örnək kimi dəyərləndirilir.
Akademik Zərifə xanım Əliyeva oftalmologiya sahəsində mühüm elmi tədqiqatlar aparmış, xüsusilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılmasında böyük xidmətlər göstərmişdir. O, həmçinin kimya və elektron sənayesində çalışan şəxslərdə rast gəlinən peşəkar göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Alim 150-yə yaxın elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifi olmuş, 1 ixtira və 12 səmərələşdirici təkliflə elmə dəyərli töhfələr vermişdir. Onun əsərləri bu gün də aktuallığını qoruyur və oftalmologiya elminin inkişafında mühüm rol oynayır.
Daha sonra Y. Abdıyeva Zərifə xanım Əliyeva haqqında tanınmış alimlərin fikirlərini nəzərə çatdırıb:
“Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım” – bu fikrin müəllifi akademik Filatov adına mükafatın laureatı, prof. Şmelyovadır. Onu yaxından tanıyanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı azəri xanımını, hər şeydən əvvəl, məhz sadə, təvazökar insan, olduqca səmimi, ölçülü-biçili hərəkət və davranış yiyəsi, böyük mədəniyyət sahibi kimi səciyyələndirirlər.
Görkəmli oftalmoloq, akad. A.Nesterov deyirdi ki, Akademik Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. “Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”.
Prof. N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü”.
Həmçinin Y. Abdıyeva çıxışında qeyd edib ki, Akademik Zərifə xanım Əliyeva ölkəmizdə müasir oftalmologiya mərkəzlərinin yaradılmasını arzulayırdı. Bu arzu Ulu Öndər Heydər Əliyev tərəfindən reallaşdırılmağa başlanmış, sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək başa çatdırılmışdır. Bu gün akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi onun zəngin elmi irsini davam etdirir, regionlarda fəaliyyət göstərən filialları vasitəsilə əhaliyə yüksək ixtisaslı tibbi xidmətlər göstərir.
Eyni zamanda, Mərkəzin səyyar klinikası tərəfindən mütəmadi tibbi aksiyalar həyata keçirilir. Bu aksiyalar xüsusilə işğaldan azad olunmuş ərazilərdə davam etdirilir və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə verir.
Sonda o, akademik Zərifə xanım Əliyevanın həyat yolu, elmi fəaliyyəti və mənəvi irsinin Azərbaycan cəmiyyətində daim yüksək qiymətləndirildiyi və böyük hörmətlə yad olunduğunu diqqətə çatdırıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

