İnfeksiyaların qarşısının alınması və təhlükəsiz tibbi mühitin təmin olunması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir
27.04.2026 10:39
Mərkəzi Gömrük Hospitalında “Əl gigiyenası və fərdi qoruyucu vasitələrin düzgün istifadəsi” mövzusunda növbəti təlim keçirilib.
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, təlim Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva tərəfindən həyata keçirilərək iştirakçılara mövzu üzrə ətraflı izahlar verilib, praktiki nümunələr əsasında düzgün yanaşmalar nümayiş etdirilib və bu istiqamətdə mütəmadi maarifləndirmə işi aparılıb.
Təlimin əsas məqsədi tibb işçiləri arasında infeksiyaların yayılmasının qarşısının alınması, gigiyenik davranışların təkmilləşdirilməsi və fərdi qoruyucu vasitələrdən düzgün istifadə vərdişlərinin formalaşdırılmasıdır. Tədbirdə Hospitalın müxtəlif şöbələrində fəaliyyət göstərən tibb bacıları fəal iştirak ediblər.
Qeyd edək ki, bu təlimlər həftədə iki dəfə olmaqla davamlı şəkildə keçirilir və infeksiyaya nəzarət sahəsində 5 əsas istiqaməti əhatə edir. Bu istiqamətlərə əl gigiyenası, fərdi qoruyucu vasitələrin düzgün seçimi və istifadəsi, sterilizasiya və dezinfeksiya qaydaları, xəstəxanadaxili infeksiyaların profilaktikası, həmçinin təhlükəsiz iş mühitinin təşkili kimi vacib mövzular daxildir.
Praktiki və interaktiv formada təşkil olunan təlimlər zamanı iştirakçılara real klinik situasiyalar üzərindən izahlar verilir, düzgün və yanlış yanaşmalar müqayisəli şəkildə təqdim olunur. Bu isə tibb işçilərinin bilik və bacarıqlarının daha da möhkəmlənməsinə şərait yaradır.
Mərkəzi Gömrük Hospitalı bundan sonra da müasir tibbi standartlara uyğun olaraq personalın peşəkar inkişafını dəstəkləyən, infeksiyaya nəzarət və pasiyent təhlükəsizliyini prioritet hesab edən bu kimi təlimlərin təşkilini davam etdirəcək.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

