Tədris Cərrahiyyə Klinikasında beynəlxalq konqres çərçivəsində ilk sessiyalar keçirilib  
27.04.2026 08:38
ATU-nun Tədris Cərrahiyyə Klinikasında “7-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər Konqresi” öz işinə başlayıb.
 
Aztibb.az-a ATU-dan verilən məlumata görə, tədbirin ilk günü klinikada baş tutub və yerli və xarici mütəxəssislər iştirak edərək piylənmə və metabolik xəstəliklərin müalicəsində müasir yanaşmaları müzakirə ediblər.
 
AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış edərək, bu konqresin bariatrik və metabolik cərrahiyyə sahəsində bilik və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu vurğulayıb. Məqsədin piylənmə və onunla əlaqəli xəstəliklərin müalicəsində daha effektiv və təhlükəsiz yanaşmaların tətbiqinə nail olmaq olduğunu qeyd edib.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev qeyd edib ki, bu kimi beynəlxalq tədbirlər ölkəmizdə müasir tibbi standartların tətbiqinə mühüm dəstək verir: “Azərbaycanda səhiyyə siyasətinin əsas istiqamətlərindən biri də qeyri-infeksion xəstəliklərlə, o cümlədən piylənmə ilə mübarizənin gücləndirilməsidir”.
 
İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin professoru Mustafa Taşkın çıxışında iki ölkə arasında olan dostluğun bu cür tədbirlərə təsirindən bəhs edib: “Beynəlxalq əməkdaşlıq bu sahənin inkişafında əsas rol oynayır. Bu cür konqreslər müxtəlif ölkələrin təcrübəsini bir araya gətirərək ortaq və müasir tibbi yanaşmaların formalaşmasına töhfə verir”.
 
Panel rəhbərləri sırasında AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, Türkiyədən İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin professoru Mustafa Taşkın və professor Valeh Mirzəzadə yer alıb. Moderatorlar qismində isə t.ü.f.d. Taryel Ömarov və professor Elçin Abdinov çıxış ediblər.
 
Konqres çərçivəsində piylənməyə görə aparılan cərrahi əməliyyatlar, II tip diabet zamanı tətbiq olunan müdaxilələr, yüksək riskli xəstələrdə əməliyyat yanaşmaları və müalicə seçimində qərarvermə meyarları ətrafında geniş müzakirələr aparılıb.
 
Tədbirin diqqətçəkən hissələrindən biri “Mən əməliyyatı necə edirəm?” adlı video panellər olub. Bu sessiyalarda əməliyyata hazırlıq, anestezioloji yanaşmalar, laparoskopik texnikalar, stepler istifadəsi və cərrahi ağırlaşmaların profilaktikası əyani şəkildə nümayiş etdirilib.
 
Qeyd edək ki, konqres International Federation for the Surgery of Obesity and Metabolic Disorders tərəfindən rəsmi olaraq tanınır və akkreditasiya olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır