Kliniki Tibbi Mərkəzdə daha bir mürəkkəb cərrahi əməliyyat uğurla icra edilib  
23.07.2025 13:14
14.07.2025-ci il tarixində 53 yaşlı şəxs (kişi cinsli) ürəkbulanma, qanqusma şikayəti ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstə üzərində zəruri müayinələr aparılıb və təcili cərrahi əməliyyata göstəriş olub.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, pasiyentdə aparılan müayinələr zamanı onikibarmaq bağırsağa invaziya edən qanayan törəmə, qaraciyərin beşinci seqmentində təxminən 5x4 sm ölçülü və kolonun qaraciyər fleksurasında yerləşən, qaraciyərin V seqmentinə invaziya edən törəmə həmçinin treitz bağından 60 sm məsafədə əlavə törəmə aşkarlanıb.
 
Xəstəyə sitoreduktiv məqsədlə bir neçə kombinə olunmuş əməliyyat, Whipple proseduru (pankreatoduodenal rezeksiyası), seqmentektomiya (qaraciyərin bir seqmentinin çıxarılması), sağ hemikolektomiya (yoğun bağırsağın bir hissəsinin çıxarılması), nazik bağırsağın seqmentar rezeksiyası (nazik bağırsağın bir hissəsinin çıxarılması) və xolesistektomiya (öd kisəsinin çıxarılması) icra edilib.
 
KTM-in Ümumi cərrahiyyə şöbəsinin müdiri, həkim ümumi cərrah Nazim Həsənov, həkim cərrah Leyla Allahverdiyeva və həkim-rezident Ağanur Cavadovun iştirakı ilə baş tutan əməliyyat uğurla yekunlaşıb.
 
Hazırda xəstənin vəziyyəti kafidir, müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır