Yay qastroenteriti nədir?
23.07.2025 11:02

Yay aylarında yüksək temperatur yalnız havanı deyil, bakteriyaları da “canlandırır”. Sərin saxlanılmayan və ya düzgün bişirilməyən qidalar sürətlə bakteriya yuvasına çevrilərək qida zəhərlənməsinə və qastroenterit adlanan bağırsaq infeksiyalarına səbəb ola bilər.

 

Bu barədə Aztibb.az-a  Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Yusif Müxtəsimov bildirib.

 

Onun sözlərinə görə, yay qastroenteriti adətən virus, bakteriya və ya parazitlər səbəbindən yaranan mədə-bağırsaq sisteminin kəskin infeksiyasıdır. Xüsusilə rotavirus, E. coli, salmonella, campylobacter kimi mikroorqanizmlər buna səbəb olur.

 
Yusif Müxtəsimov qeyd edib ki, yay qastroenteritinə əsas yoluxma səbəbləri küçə yeməkləri, isti havada çöldə saxlanmış süd məhsulları, ət və yumurta, kifayət qədər yuyulmamış meyvə və tərəvəz, çirkli su və ya buz parçalarıdır. Qusma, sulu və ya pis qoxulu ishal, qarın ağrısı, qaz və köp, bədən temperaturunun qalxması (38°-39°C), susuzluq, zəiflik və başgicəllənmə kimi əlamətlərlə özünü birüzə verir. Uşaqlarda və yaşlılarda bu simptomlar daha ağır keçə və susuzluqla nəticələnə bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır