Ceyranbatan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
23.07.2025 10:39

Abşeron Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin 2025-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 25.06.2025-ci il tarixində Ceyranbatan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, sakinlərin tibbi xidmətlərini əlçatanlığını təmin etmək üçün xəstəxananın ixtisaslı mütəxəssisləri cəlb edilib -(kardioloq, endokrinoloq, nevroloq, cərrah, oftalmoloq, radioloq). Ultrasəs (USM), elektorkardiogramm (EKQ), laboratoriya və s. kimi xidmətlər olmaqla ümumilikdə 310 nəfərə 435 xidmət göstərilib.

 

Aksiyada qəsəbə sakinləri ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar.

 

Həmçinin keçirilən aksiyanın yüksək şəkildə təşkil olunması və xidmət keyfiyyətinə nəzarət etmək üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasının İlkin səhiyyə xidməti üzrə direktor müavini Kazım Məmmədov və İlkin səhiyyə xidməti şöbəsinin müdiri Faris Musayev iştirak edib.

 

Xatırladaq ki, layihənin məqsədi rayonun müxtəlif ərazilərində yaşayan vətəndaşlara yerində, daha əlçatan və keyfiyyətli xidmətin göstərilməsidir. Səyyar təşkil olunan bu aksiyaların mütəmadi olaraq icrası planlaşdırılır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır