ATU əməkdaşı yüksək idman statusuna layiq görülüb  
15.07.2025 15:10

Bolqarıstanın Burqas şəhərində Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının seminarı keçirilib. Seminarda Azərbaycan Tibb Universitetinin “Təbib” Tədris-İdman Mərkəzinin müdiri, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov da iştirak edib.

 

4 ölkədən 300 nəfərin təmsil olunduğu beynəlxalq tədbirə təşkilatın prezidenti Kaiço Hatsuo Royama rəhbərlik edib.

 

Q.Aslanovun Aztibb.az-a verdiyi açıqlamaya görə, 6 gün ərzində səhər-axşam təlim məşqləri keçirilib: “Səhərlər stadionda, meşədə, dənizdə, axşamlar isə zal və stadionda məşqlər oldu. Məşqlər başa çatdıqdan sonra dərəcə imtahanları verdik. Mən də  Şihan (usta) adı almaq üçün lazımi normativləri yerinə yetirdim. Nəticə uğurlu alındı və 5-ci dan qara kəmər dərəcəsinə, Şihan statusuna layiq görüldüm.

 

Məlumat üçün bildirim ki, şihan statusu hər idmançıya verilmir. Bunun üçün normativləri yerinə yetirməklə yanaşı, beynəlxalq seminarlara dəvət almalı, iştirak etməlisən, yetirmələrin arasında dan dərəcəsi alanlar, Avropa və dünya çempionları olmalıdır. Mən də beynəlxalq dərəcəli hakiməm, yetirmələrim arasında dünya və Avropa çempionatlarında mükafat qazananalar olub”.

 

Qeyd edək ki, Q.Aslanov eyni zamanda Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının Azərbaycan üzrə nümayəndəsidir. Mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərdə iştirak edir. O cümlədən bu il sentyabrın 5-7-də Stokholmda keçiriləcək beynəlxalq seminarda təlim məşqləri keçmək, noyabrın 22-23-də isə Tokioda baş tutacaq dünya çempionatında hakim kimi iştirak etmək üçün dəvət alıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır