Kardioloji biomarkerlərin klinik əhəmiyyəti müzakirəyə çıxarılıb
15.07.2025 08:29

ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Cərrahiyyə Klinikasının Klinik Diaqnostik Laboratoriya şöbəsi ilə birgə rezidentlər üçün “Kardioloji biomarkerlərin klinik əhəmiyyəti: ürək-damar xəstəliklərinin erkən diaqnostikası və proqnozlaşdırılmasında müasir yanaşmalar” mövzusunda seminar təşkil edib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, tədbirin moderatoru və təşkilatçısı, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov seminarın mövzusu haqda iştirakçılara ətraflı məlumat verib və Klinik Diaqnostik Laboratoriyanın xəstələrə yüksək səviyyədə xidmət göstərməsi ilə yanaşı, həm də yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirdiyini bildirib. Qeyd edib ki, ürək-damar xəstəliklərinin erkən və dəqiq diaqnostikasında laborator göstəricilərin, xüsusilə kardioloji biomarkerlərin istifadəsi klinik qərarların keyfiyyətini artırır, spesifik müalicəyə yönəlməni sürətləndirir və nəticədə xəstəliklərin ağırlaşma riskini, həmçinin səhv diaqnostika və yanlış müalicə hallarını əhəmiyyətli dərəcədə azaldır.

 

Klinik Diaqnostik Laboratoriya şöbəsinin müdiri Leyla Həşimova çıxışında ürək-damar xəstəliklərinin diaqnostikasında və proqnozlaşdırılmasında istifadə edilən kardioloji biomarkerlərin klinik dəyərinin yalnız laborator texnologiyalardan deyil, həm də klinisist və laborator mütəxəssislər arasında olan effektiv əməkdaşlıqdan asılı olduğunu qeyd edib. Bildirib ki, kardioloji biomarkerlərin düzgün qiymətləndirilməsi yalnız analiz nəticələrinə deyil, həm də onların klinik mənasına əsaslanmalıdır.

 

Şöbənin II kurs həkim-rezidenti Aytən Abasova təqdim etdiyi mövzu çərçivəsində kardioloji biomarkerlərin klinik əhəmiyyəti, onların ürək-damar xəstəliklərinin erkən diaqnostikası və proqnozlaşdırılmasında rolu barədə ətraflı məlumat verib. Təqdimat zamanı müasir diaqnostik metodlar barəsində də söhbət açıb. O, kardioloji biomarkerlərin xəstəyə yanaşmada fərdi və risk əsaslı qərarların verilməsində necə istifadə olunduğunu, dinamik təqibin əhəmiyyətini, biomarkerlər arasında spesifiklik və həssaslıq fərqlərini izah edib.

 

Təqdimatın sonunda mövzuya uyğun hazırlanmış situasiya məsələsi seminar iştirakçılarına təqdim olunub, klinik ssenari əsasında iştirakçılar biomarkerlərin interpretasiyasını praktiki şəkildə müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır