Aynur Səfiyeva Ümumdünya Sağlamlıq Konqresində proktologiyanın aktual problemlərinə dair təqdimatla çıxış edib
14.07.2025 15:36

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.e.d. Aynur Səfiyeva və Təcili Yardım şöbəsinin təcili yardım həkimi Nərgiz Kərimova Gürcüstanın Tbilisi şəhərində Grigol Robakidze Universitetinin təşkilatçılığı ilə keçirilən Ümumdünya Sağlamlıq Konqresində iştirak ediblər.

 

Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, Aynur Səfiyeva konqresin “Qastrointestinal cərrahiyyə” üzrə sessiyasında proktologiyanın aktual problemlərinə dair təqdimatla çıxış edib. Aynur həkim məruzəsində müasir müalicə metodunun klinik effektivliyi, tətbiq sahələri və invaziv cərrahiyyəyə alternativ olaraq təqdim etdiyi üstünlüklər haqqında ətraflı məlumat verib.

 

Aynur Səfiyevanın təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və anal bölgə patologiyalarının müalicəsində minimal invaziv yanaşmalara dair beynəlxalq səviyyədə fikir mübadiləsinə zəmin yaradıb.

 

Ümumdünya Sağlamlıq Konqresi dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, praktik tibb mütəxəssislərini və səhiyyə təşkilatlarının nümayəndələrini bir araya gətirərək, sağlamlıq sahəsində innovativ yanaşmaların, müasir texnologiyaların və yeni tədqiqat nəticələrinin müzakirə olunduğu nüfuzlu platforma hesab olunur.

 

Azərbaycanlı həkimlərinin belə mötəbər beynəlxalq elmi tədbirdə fəal iştirakı ölkəmizin tibb sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq elmi ictimaiyyətə təqdimatı baxımından olduqca əhəmiyyətlidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır