Nizami Tibb Mərkəzi HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə edib
14.07.2025 11:34

TƏBİB-in tabeliyindəki Nizami Tibb Mərkəzi Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib.

 

Bu barədə Aztibb.az TƏBİB-ə istinadla xəbər verir.

 

Sertifikat HIMSS-nin önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.

 

Azərbaycan Respublikasında rəqəmsal səhiyyə ekosisteminin inkişafı, eləcə də göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində HIMSS təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2024-cü ilin sentyabr ayından başlayaraq Nizami Tibb Mərkəzində akkreditasiya sertifikatının əldə edilməsinə dair hazırlıq işlərinə başlanılıb.

 

TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC və Nizami Tibb Mərkəzinin işçi qrupu tərəfindən icra edilən işlər çərçivəsində müalicə prosesi ilə bağlı təyinatlar, müəssisədaxili tibbi sənədləşmələr elektronlaşdırılıb, həkimlər, eləcə də tibb bacıları üçün elektron Qərar Dəstəyi Sistemləri (QDS) hazırlanıb və tətbiq edilib. Həmçinin Xəstəxana İdarəetmə Sisteminin (XİS) dayanıqlığı üçün bir sıra standartlar tətbiq edilib, müalicə və müayinə nəticəsində əldə edilən məlumatların analizi, həmin nəticələrdən keyfiyyətin yaxşılaşdırılmasında istifadə ilə bağlı yeniliklər tətbiq edilib, pasiyentlərin sağlamlıq qeydlərinə əlçatanlığı genişləndirilib.

 

Rəqəmsal yeniliklərin tətbiqi ilə xidmət keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi, tibbi personalın təcrübəsinin genişləndirilməsi, pasiyentlərin müalicə prosesinə daxil edilməsi və d. istiqamətlər üzrə müsbət nəticələr əldə edilib, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə tanınması istiqamətində uğurlu addımlar atılıb.

 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti - HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də Cəmiyyətə məxsus 7 mərhələli yetkinlik modulları üzrə standartları tətbiq etmiş tibb müəssisələrinə beynəlxalq sertifikatların təqdim edilməsidir. Bu beynəlxalq sertifikatlar informasiya texnologiyaları və idarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.

 

Xatırladaq ki, Azərbaycanda və hətta regionda ilk dəfə HIMSS beynəlxalq akkreditasiya sertifikatını Yeni Klinika əldə edib. Nizami Tibb Mərkəzi isə sözügedən sertifikatı əldə edən ikinci tibb müəssisəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır