Süni intellektin tibbdə tətbiqinə həsr olunmuş seminar keçirilib
14.07.2025 12:32

Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasında seminar keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, kafedranın əməkdaşları üçün nəzərdə tutulmuş seminarda universitetin Tibbi və bioloji fizika kafedrasının müəllimi, assistent Şəbnəm Hacıyeva “Süni intellekt vasitəsilə tibdə görüntülərin əldə olunması” mövzusunda məruzə ilə çıxış edib.

 

Ş.Hacıyeva bildirib ki, tibb daim inkişaf edən və yeni texnologiyaların inteqrasiyası ilə daha da təkmilləşən bir sahədir: “İnsan sağlamlığını qorumaq və xəstəliklərin müalicəsində yüksək effektivliyə nail olmaq üçün müasir yanaşmaların tətbiqi həkimlərin və tədqiqatçıların əsas məqsədlərindən biridir. Süni intellektin tibdə tətbiqini yeni yanaşma üsullarından hesab etmək olar”.

 

Məruzəçi burada əsas məqsədin süni intellektə əsaslanan görüntü tanıma sistemlərinin rentgen, MRT və USM kimi ənənəvi tibbi diaqnostik metodlarla müqayisədə diaqnozun düzgünlüyü, nəticə əldə etmə sürəti və təkrarlanabilirliyi baxımından effektivliyini və etibarlılığını empirik olaraq qiymətləndirmə olduğunu qeyd edib: “Süni intellektlə təchiz edilmiş tibbi robotlar cərrahiyyə əməliyyatlarında dəqiqliyi artırır. Qeyd edim ki, süni intellektin tibdə tətbiqi son illərdə səhiyyə sahəsində mühüm dəyişikliklərə səbəb olub”.

 

Süni intellektin tibdə tətbiqinin faydalarından söhbət açan məruzəçi, bu proses zamanı rast gəlinən çətinliklərdə də toxunub.

 

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ş.Hacıyeva verilən sualları ətraflı cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır