Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır  
14.07.2025 09:12

Cənubi Koreyada həkim-interna və tibb üzrə təhsil alan tələbələrin hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq ötən ilin fevralında başlatdığı boykot aksiyası başa çatır.

 

Aztibb.az www.bbc.com-a istinadla xəbər verir ki, Cənubi Koreya Tibb Tələbələri Assosiasiyası parlamentin təhsil və rifah komitəsinin iyulun 12-də keçirilən iclasında həkim-internaların boykot aksiyasını dayandıraraq dərsə qatılacaqlarını açıqlayıb. “Biz Milli Assambleyaya və hökumətə güvənərək dərslərə qayıdacaq, tibb təhsilinin və səhiyyə sisteminin normallaşmasına çalışacağıq”, - deyə assosiasiyanın bəyanatında deyilir. Qurumun açıqlamasında tələbələrin dərsə qatılacağı gün barədə məlumat yoxdur.

 

Boykot aksiyasının iştirakçıları hökuməti akademik cədvəlləri bərpa etmək üçün tədbirlər görməyə və uzunmüddətli perspektivdə tibb təhsili mühitini yaxşılaşdırmaq üçün məsləhətçi orqan formalaşdırmağa çağırdılar.

 

Qeyd edək ki, ötən il fevralın 20-də Cənubi Koreyada həkim-interna, rezident həkim və tibb tələbələri hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq boykot aksiyasına başlayıb. Tətil edən həkim-internalar akademik məzuniyyət və ya işdən çıxmaq üçün ərizə yazıblar. Etirazçılar ölkə üzrə ümumi həkim-internaların 93 faizini təşkil edib. Cənubi Koreya hökuməti əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2025-ci ildə tibb ixtisaslarına qəbul kvotasını hazırkı 3058 yerdən daha 2 minədək artırmağı planlaşdırmışıdı. Hökumət qərarını ölkədə, xüsusən də bölgələrdə, kənd yerlərində həkim azlığının aradan qaldırılması ilə əlaqələndirir. Lakin həkimlər layihənin əleyhinə çıxırlar, çünki onlar hesab edirlər ki, tibb universitetlərinə qəbul olunan tələbələrin sayının artırılması peşəkarlıq səviyyəsinin aşağı düşməsinə və tibbi xidmətin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.

 

İyunda keçirilmiş prezident seçkisindən sonra formalaşmış yeni hökumət kvotanı artırmaq planını dayandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır