Tibbi aksiyalarda əsas diqqət uşaqlara və ahıl şəxslərə yönəldilib
11.07.2025 18:11

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi arasında qurulan əməkdaşlıq çərçivəsində stomatoloji xidmətlərin daha geniş əhali qrupları üçün əlçatanlığını təmin etmək və ağız-diş sağlamlığı sahəsində maarifləndirməni genişləndirmək məqsədilə silsilə səyyar tibbi aksiyalar həyata keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, iyun ayının birinci yarısında 1 və 2 saylı Uşaq evlərində, sonra isə 3 saylı Uşaq evində və Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində keçirilən aksiyalar zamanı klinikanın əsas həkim heyəti və rezident həkimlərinin iştirakı ilə ilkin stomatoloji müayinələr və gigiyenik maarifləndirmə işləri aparılıb, ağız-diş sağlamlığına dair fərdi tövsiyələr verilib.

 

Uşaqların müayinəsi zamanı diqqət əsasən kariyes, diş əti xəstəlikləri, diş sırası qüsurları və ortodontik problemlərin erkən aşkarlanmasına yönəldilib. Aşkarlanan hallar qeydiyyata alınmaqla, müvafiq müalicə tədbirlərinin təşkili üçün ilkin proseslərə başlanılıb.

 

Ahıl şəxslərin müayinəsində isə parodont problemləri, diş itkisi, çeynəmə funksiyasının pozulması və protez ehtiyacları diqqət mərkəzində olub. Müayinə nəticəsində müəyyən edilən hallar əsasında fərdi müalicə planlarının hazırlanması istiqamətində ilkin addımlar atılıb.  

 

Bu humanitar təşəbbüs bir daha göstərir ki, profilaktik stomatoloji yanaşmalar və erkən diaqnostika gələcəkdə ciddi ağız-diş problemlərinin qarşısının alınmasında mühüm amildir.

 

ATU Tədris Stomatoloji Klinikasının rəhbərliyi gələcəkdə də bu kimi sosial layihələri davam etdirməklə, stomatoloji xidmətlərin cəmiyyətin bütün təbəqələri üçün əlçatanlığına nail olmağı və ümumi sağlamlıq savadlılığını artırmaq istiqamətində fəaliyyətini daha da gücləndirməyi hədəfləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır